Yuxarı

"Azəri-Çıraq-Günəşli" yatağında hasilat azalır - Səbəb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azəri-Çıraq-Günəşli" yatağında hasilat azalır - Səbəb

Gələn il bp şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında qum təzahürü ilə bağlı məhdudiyyətlər səbəbindən gündəlik təxminən səkkiz min barrel neft itkisi gözləyir.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli Bakıda keçirilən Xəzər Texniki Konfransı SPE-2025-də bildirib.

Onun sözlərinə görə, AÇG-də sabit hasilatı təmin etmək, eləcə də Avropaya və digər bazarlara ixrac tədarüklərini qorumaq üçün müasir texnologiyalar və innovasiyalar lazımdır.

"Texnologiyalara tələbat çox yüksəkdir. Bu yaxınlarda bp-nin texnologiya istiqaməti üzrə rəhbəri Bakıya səfər edib. Biz ona "Səngəçal" terminalında və dənizdəki əsas çağırışlarımızı göstərdik. Bizə daha uzun üfüqi quyular lazımdır və biz hələ ki onların optimal şəkildə necə qazıla biləcəyini tam başa düşmürük. Qum isə ciddi problemdir. Gələn il məhz qumun idarəedilməsi ilə bağlı məhdudiyyətlər səbəbindən gündəlik səkkiz min barel həcmində itki proqnozlaşdırırıq", - C.Kristofoli qeyd edib.

Tarix
2025.11.25 / 13:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlə bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla