Yuxarı

Mənzilləri bahalaşdıran səbəblər: ipoteka limiti artsa...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mənzilləri bahalaşdıran səbəblər: ipoteka limiti artsa...

Mənzil bazarında qiymət artımı bir çox iqtisadi və psixoloji amillərin təsiri ilə davam edir. Bazarın strukturunda tələb və təklif arasındakı fərq, ucuz mənzil kütləsinin azalması, xaricdən pul axınlarının çoxalması və spekulyativ gözləntilər bahalaşması sürətləndirən əsas faktorlardandır.

Bu sözləri Axar.az-a açıqlamasında əmlak eksperti Ramil Osmanlı ipoteka limitinin artırılması ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.

Ekspert qeyd edib ki, hökumətin qəbul etdiyi inzibati qərarlar, tikinti əmsallarına dair dəyişikliklər də bazarda qiymətlərin artmasına təsir göstərir:

“Makroiqtisadi amillər – bazara pul axınının artması, dövlətin ayırdığı vəsaitlər, eləcə də İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyəti müəyyən dərəcədə qiymət dəyişmələrinə səbəb olur. Bütün bu faktorlar bir araya gələndə bazarda davamlı qiymət artımının müşahidə olunması təbiidir”.

Ramil Osmanlı ipoteka limitinin artırılmasının ehtiyatla yanaşılması gərəkən məsələ olduğunu vurğulayıb:

“Təsəvvür edin, ipoteka limiti 150 mindən 200 min manata qaldırılsa, ilkin ödəniş avtomatik olaraq 30 mindən 40 min manata yüksələcək. Aylıq gəlir tələbləri də artacaq. Dövlət bazara 300 milyon manat vəsait çıxarırsa, limit 150 min olanda bu, təxminən 2 min mənzil deməkdir. Limit 200 minə qalxarsa, eyni məbləğlə alınacaq mənzil sayı 1500-ə düşəcək. Yəni faktiki olaraq əlçatanlıq azalacaq və ipoteka sosial yönümlü bir alət kimi öz funksiyasını itirəcək”.

Ekspert bildirib ki, hazırkı limitin dəyişməməsi sosial narazılıq yaratmır və mövcud bazar şərtləri üçün kifayət qədər adekvatdır:

“Bu il ipoteka kreditləri üzrə qiymət artımı 10 faizdən aşağı olub. Bu, iqtisadi artım və inflyasiya göstəriciləri ilə uyğunlaşır. Problem yalnız o zaman yaranar ki, iqtisadi göstəricilər birrəqəmli qaldığı halda əmlak bazarında artım 25–30 faizə çatsın. Hazırda belə bir uyğunsuzluq yoxdur”.

Ramil Osmanlı vətəndaşların gəlirlərinin rəsmiləşdirilməsini də vacib amil kimi göstərib:

“Bu gün kölgə iqtisadiyyatının təsirləri hələ də hiss olunur. İnsanlar vergidən yayınmaq üçün gəlirlərini tam göstərmirlər. Amma gəlirin rəsmiləşdirilməməsi ipoteka imkanlarını məhdudlaşdırır. Vətəndaşlar vergi ödəməklə əslində daha böyük fürsətlər əldə edə bilirlər”.

Ekspert əlavə edib ki, dövlət ipoteka və uzunmüddətli kirayə proqramları ilə yanaşı, MİDA layihələri vasitəsilə də sosial qrupların mənzil təminatını davam etdirir. Onun sözlərinə görə, bankların bazara daha aktiv qoşulması da rəqabəti artırır:

“İpoteka limitləri 150 min olsa da, banklar artıq 250–500 min manat aralığında uzunmüddətli kreditlər təklif edir. Həmçinin tikinti şirkətləri ilə birgə layihələr genişlənib. 10 il əvvəl bu cür imkanlar yox dərəcəsində idi”.

Tarix
2025.12.05 / 09:08
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

"Hasbik" Bakıda – Foto

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla