Yuxarı

Bu ərazidə torpaqlar kəskin bahalaşdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ərazidə torpaqlar kəskin bahalaşdı

Torpaqların qiyməti qalxıb. Ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlərdə xeyli artım var.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Orucun sözlərinə görə, zaman keçdikcə torpaq sahələrinin sayı azalır. Buna görə də qiymətlər yüksəlir. Hazırda artım Səbail rayonunda 41%, Yasamalda 38%, Nəsimidə isə 27%-dir. Səbail rayonunda bir sot torpağın orta qiyməti 425 002 manat təşkil edir. Yasamalda bu rəqəm 209 258, Nəsimi rayonunda isə orta qiymət 298 028 manatdır.

Əmlak eksperti Elnur Azadov bildirib ki, daşınmaz əmlak bazarında kəskin bahalaşma var. Torpaqların qiyməti sürətlə artır. Səbail, Nəsimi və Yasamal rayonları ilə yanaşı, hazırda digər rayonlarda da qiymət artımı müşahidə olunur.

O qeyd edib ki, Xətai rayonunda inşa olunan "Ağ Şəhər" layihəsi ilə bağlı bu ərazidə olan torpaqların qiyməti də son 1 il ərzində 50% artıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2025.12.05 / 01:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla