Yuxarı

Tarixdə ilk dəfə qızılın unsiyası 4400 dolları ötdü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarixdə ilk dəfə qızılın unsiyası 4400 dolları ötdü

Qızılın birja dəyəri tarixdə ilk dəfə unsiya üçün 4400 dolları keçib.

Axar.az xəbər verir ki, bu, Nyu-York Əmtəə Birjasında (COMEX) ticarət məlumatları ilə təsdiqlənib.

Belə ki, 18 dekabr tarixində, Bakı vaxtı ilə saat 20:29-a olan ticarətdə qiymətli metalın fevral fyuçersləri 0.79% artaraq unsiya üçün 4 408.6 dollar səviyyəsinə yüksəlib. Əvvəlki qiymət unsiya üçün 4 398 dollar səviyyəsində qeydə alınıb.

2025-ci ilin əvvəlindən etibarən qızılın birja qiymətləri 60%-dən çox, gümüşdə isə 116 % artıb.

"Blumberq"in hesablamalarına görə, 2025-ci ildə qızılın 1979-cu ildən bəri ən yaxşı illik artım göstəriciləri qeydə alınıb. Agentliyin izah etdiyi kimi, bu templər mərkəzi banklar tərəfindən aktiv alışlar və investorların istiqraz, valyutalardan çıxışı ilə dəstəklənib.

Tarix
2025.12.18 / 23:37
Müəllif
Axar.az
Digər xəbərlər

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla