Yuxarı

Azərbaycanın Tunisə ixrac etdiyi neftin həcmi...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın Tunisə ixrac etdiyi neftin həcmi...

Bu ilin yanvar- noyabr aylarında Azərbaycandan Tunisə 198,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 370,5 min ton xam neft və neft məhsulları ixrac olunub.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 79,9 milyon ABŞ dolları və ya 28,7, həcm baxımından isə 73,4 min ton və ya 16,5 faiz azdır.

Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan Tunisə 278,6 milyon dollar dəyərində 443,9 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.

Tarix
2025.12.24 / 23:27
Müəllif
Axar.az
Digər xəbərlər

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla