Yuxarı

Unun topdan satış qiyməti açıqlandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Unun topdan satış qiyməti açıqlandı

Azərbaycanda unun son topdansatış qiymətləri açıqlanıb.

Axar.az xəbər verir ki, dekabrın əvvəlində olduğu kimi, qiymətlərdə ciddi dəyişiklik olmayıb. Belə ki, 50 kq-lıq unun son topdansatış qiymətləri 26.1-28.6 manat arasında dəyişir.

Bazara təqdim olunan ən ucuz (26 manat 10 qəpik) un növü "Dəvəçi-Taxıl" MMC-nin, ən bahalısı (28 manat 60 qəpik) isə "Azeri-Arapoğlu U.S. və T.LTD" BM-nin məhsullarıdır.

Cari il dekabrın 25-dən etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun son topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:

- "ATS MİLL", "Anadoluqida", "AVETA", "KARAT HOLDİNQ" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.70 manat;

- "Azeri-Arapoğlu U.S. və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28.6 manat;

- "Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Karmen", "Sünbül 2012", "Taxıl AQRO", "Xırman", "Ağsu Taxıl" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.6 manat;

- "Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.5 manat;

- "Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.9 manat;

- "Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28 manat;

- "Hazartürk LTD" və "SKY AGRO" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.5 manat;

- "Nadir Quliyev adına Bakı-Taxıl" ASC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.55 manat;

- "Nural" və "Osmanlı Taxıl" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28.2 manat;

- "Orxan UN" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.65 manat;

- "PAK-NUR" FİRMASI, "Qarabağ un" MMC, "Avrora" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.40 manat;

- "Sarı Sünbül" və "Ungrano" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.80 manat.

Tarix
2025.12.25 / 19:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla