Yuxarı

Azərbaycanda bu zavod özəlləşdirildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu zavod özəlləşdirildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Zabrat maşınqayırma zavodu” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi başa çatıb.

Dövlət Xidmətindən Axar.az-a bildirilib ki, müsabiqə qalibi 7,5 milyon manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəlik götürüb.

Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, N.Zeynalova küçəsi, 196 ünvanında yerləşən “Zabrat maşınqayırma zavodu” ASC-nin dövlətə məxsus səhmlərinin satışı ilə əlaqədar 2025-ci il 14 noyabr tarixində elan edilmiş investisiya müsabiqəsinə yekun vurulub. Ötən il dekabrın 16-da müsabiqə komissiyası tərəfindən təkliflər qiymətləndirilib.

Təkliflərin təhlili aparıldıqdan sonra, daha əlverişli şərtlər təklif etmiş “ZMZ Metal” MMC investisiya müsabiqəsinin qalibi elan olunub. Müqavilə layihəsi üzərində aparılmış danışıqlardan sonra müsabiqə qalibi ilə müvafiq alqı-satqı müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, investor digər maliyyə-iqtisadi və sosial öhdəliklərlə yanaşı, dövlət büdcəsinə 3 milyon manat məbləğində vəsaitin köçürülməsi, habelə 2 il ərzində müəssisəyə 7,5 milyon manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəliklər götürüb. İnvestisiya Proqramı çərçivəsində müxtəlif növ mexaniki konstruksiyaların və quraşdırma prosesində istifadə olunan detalların istehsalının təşkili, müəssisədə ekoloji təmiz isti sinkləmə sexinin və müvafiq qurğuların quraşdırılması, yeni avadanlıqların alınması, mövcud avandanlıqların təmiri, yeni tikililərin inşası, nəqliyyat vasitələri və texnikaların alınması, infrastrukturun (elektrik enerjisi, qaz, su, kanalizasiya) təkmilləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “ZMZ Metal” MMC tərəfindən investisiya qoyuluşları nəticəsində müəssisədə 100 yeni iş yerinin yaradılması planlaşdırılır.

Tarix
2026.01.08 / 19:31
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla