Yuxarı

Ölkəmizdə pensiyaçıların sayı niyə qonşularımızdan azdır?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizdə pensiyaçıların sayı niyə qonşularımızdan azdır?

Azərbaycanda pensiyaçıların sayı məlum olub. Statistik məlumatlara əsasən, pensiyaçıların sayı əhalinin 10, 8%-ni təşkil edir. Gürcüstanda bu rəqəm 23,8%, Ermənistanda isə 16,6%-dir.

Axar.az xəbər verir ki, iqtisadçı ekspert Əkrəm Həsənovun Qaynarinfo-ya açıqlamasına görə, Azərbaycanda pensiyaçıların əhali sayına nisbətdə qonşularından az olmasının bir neçə səbəb var:

“Birincisi, bu, pensiya yaşı ilə əlaqədardır. Azərbaycanda pensiya yaşı qadınlar və kişilər üçün 65-dir. Hazırda qadınlarda pensiya yaşı 64 yarımdır, amma iyul ayından sonra 65-ə qaldırılacaq. Ermənistanda pensiya yaşı 63, Gürcüstanda kişilər üçün 65 olacaq, qadınlar üçün 60-dır”.

Əkrəm Həsənov ikinci səbəb kimi Gürcüstan və Ermənistanda yaşlı nəslin əhalinin xeyli hissəsini təşkil etməsində görür:

“Azərbaycan əhalisi orta hesabla daha gəncdir. Bunun da iki səbəbi var. Birincisi, Gürcüstan və Ermənistanda gənclər ölkədən gedir. Onlar əsasən işləməyə, oxumağa Avropaya yollanır. Oxuyandan sonra elə orada qalıb işləyirlər. Bizdə isə bu proses qismən azdır. İstənilən Avropa ölkəsində təhsil alıb işləyənlər arasında ermənilər, gürcülər bizdən çoxdur”.

İqtisadçı problemin üçüncü səbəbini doğumla əlaqələndirib:

“Azərbaycanda doğum problemi yoxdur, onlarda isə əhali artmır və bu, ciddi problemdir. Gənc nəsil azdır, amma yaşlı nəsil çoxdur”.

Tarix
2026.01.12 / 22:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla