Yuxarı

Dünya Bankından Azərbaycanla bağlı proqnoz...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya Bankından Azərbaycanla bağlı proqnoz...

Dünya Bankı Azərbaycanın ÜDM-nin 2026-cı ildə 1,8%, 2027-cı ildə isə 1,7% artacağını proqnozlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə bankın "Qlobal İqtisadi Perspektivlər" hesabatının yanvar buraxılışında qeyd olunub. Proqnozlar oktyabr qiymətləndirmələri ilə müqayisədə dəyişməz qalıb.

Bankın hesablamalarına görə, 2025-ci ildə Azərbaycan iqtisadiyyatı 1,9% artıb.

Dünya Bankının proqnozlarına əsasən, Cənubi Qafqaz ölkələrinin ümumi ÜDM artımı 2026-cı ildə 3,3%, 2027-ci ildə isə 3,1% səviyyəsində olacaq.

Hesabatda qeyd olunub ki, Azərbaycanda iqtisadi fəallıq karbohidrogen hasilatının azalması, dünya neft qiymətlərinin düşməsi və büdcə siyasətinin sərtləşməsi ilə məhdudlaşacaq. Ermənistan və Gürcüstanda yüksək baza səviyyəsindən sonra iqtisadi fəallığın normallaşması ilə özəl istehlakın yavaşlaması gözlənilir, pul köçürmələrinin zəifləməsi və ixrac gəlirlərinin azalması isə cari hesablara təzyiq göstərəcək.

Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2026-cı ildə ÜDM-in 2,9%, 2027-ci ildə isə 3,3% artımını proqnozlaşdırır.

Tarix
2026.01.14 / 00:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla