Yuxarı

Britaniya şirkəti Azərbaycanda qızıl hasilatını 2 dəfə artırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya şirkəti Azərbaycanda qızıl hasilatını 2 dəfə artırdı

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo Asian Mining Plc." (AAM) şirkəti 2025-ci ildə 25,061 min unsiya qızıl hasil edib.

Axar.az Report-a istinadla xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 1,7 dəfə çoxdur.

Ötən il qızıl hasılatının həcmi 25-28 min unsiya olan yenilənmiş illik proqnozun aşağı həddinə uyğun olub.

Hesabat dövründə şirkətin gümüş hasilatının həcmi isə 153,332 min unsiya (5,4 dəfə çox) təşkil edib.

2025-ci ildə mis hasilatı isə 7,915 min ton (21 dəfə artım) olub. Bu göstərici 8,1-9 min ton olmaqla yenidən nəzərdən keçirilmiş proqnozdan aşağıdır. Şirkət bunu "Dəmirli" yatağında kürə dəyirmanında aparılan texniki xidmətin filizin ötürücülük qabiliyyətini məhdudlaşdırması ilə izah edib. Eyni zamanda "Gədəbəy" yatağından 4,787 min ton, "Dəmirli" yatağından isə 3,128 min ton mis hasil edilib.

Ötən il dünya bazarlarında qızıl külçə satışları 19,631 min unsiya (28,7 % çox) təşkil edib. Qızılın orta satış qiyməti 3,441 min ABŞ dolları/unsiya olub. 2024-cü ildə şirkət üzrə qızılın bir unsiyasının orta satış qiyməti 2,432 min ABŞ dolları təşkil edib", - məlumatda qeyd olunub.

Hesabat dövründə AAM 23,148 min ton mis konsentratı (12,5 dəfə çox) hasil edib və bunun 20,317 min tonu (13,5 dəfə çox) 47,3 milyon ABŞ dollarına (16,9 dəfə çox) satılıb.

Bundan əlavə, şirkət qeyd edib ki, 31 dekabr tarixinə 27,6 milyon ABŞ dolları məbləğində borc, 2,5 milyon ABŞ dolları xalis pul vəsaitinə malik olub. 2025-ci il dekabrın 31-nə satılmamış qızıl-filiz ərintisi (dore) və mis konsentratı ehtiyatları 37,7 milyon ABŞ dolları məbləğində olub. Bu ehtiyatlara hər tonu 12 504 ABŞ dolları dəyərində olmaqla, tərkibində 2 457 ton mis olan konsentrat da daxildir.

"Dəmirli" kürə dəyirmanında təmir işlərinin aparılması zərurəti səbəbindən mis istehsalı üzrə proqnozlaşdırılan göstəricilərə bir qədər çata bilməməyimiz bizi məyus etdi. Lakin bu, satışların əla nəticələri və əlverişli metal qiymətləri ilə kompensasiya edilib. İlə çox güclü mövqedə başlayırıq. "Dəmirli" və "Gilar" layihələri indi gözləntimizə uyğun işləyir və metal qiymətləri əlverişli olaraq qalır. Biz, həmçinin perspektivli mis hasilatı layihələrimiz - "Xarxar" və "Qaradağ" yataqlarında ümidverici nəticələr əldə edirik", - "Anglo Asian Mining"in baş direktoru Reza Vaziri bildirib.

Tarix
2026.01.15 / 13:56
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovla bu məsələni 2 saata yaxın müzakirə etmişik...

ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan

Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan

Deqati Makrona məktub yazdı: Vətənimdə qətliamdır!

Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama

Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya

Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General

Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?

Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla