Yuxarı

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 37%-ə endirdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 37%-ə endirdi

Türkiyə Mərkəzi Bankının (TMB) İdarə Heyətinin bu gün keçirilən növbəti iclasında uçot dərəcəsinin 38%-dən 37%-ə endirilməsinə qərar verilib. Bu, son 26 ay üçün ən aşağı həddir.

Axar.az xəbər verir ki, iclas TMB-nin sədri Fateh Qaraxanın sədrliyi ilə baş tutub.

İclasda həmçinin bir günlük kreditlər üzrə illik faiz dərəcəsi 41%-dən 40%-ə, bir günlük borclanma üzrə illik faiz dərəcəsi 36,5%-dən 35,5%-ə endirilib.

TMB-nin açıqlamasında deyilir ki, bu ay ölkədə inflyasiya əsasən ərzağın bahalaşması ilə bağlı baş verib, baxmayaraq ki, ümumi qiymət artımı tendensiyası məhdud olub.

"İnflyasiya gözləntiləri və qiymət davranışı yaxşılaşma əlamətləri göstərsə də, onlar deflyasiya prosesi üçün risk faktoru olaraq qalır", - deyə məlumatda qeyd olunub.

Tarix
2026.01.22 / 17:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla