Yuxarı

Azərbaycan bankları bu vergidən azad olundu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bankları bu vergidən azad olundu

"Visa" beynəlxalq kart təşkilatı ilə əldə olunmuş razılıq çərçivəsində Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub.

Axar.az xəbər verir ki, bu barədə Report-a "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyindən bildirilib.

Məlumata görə, Assosiasiya və "Visa"nın birgə təşəbbüsü çərçivəsində ikiqat vergitutmanı aradan qaldırmaq mexanizmi bankların və ödəniş xidməti təchizatçılarının vergi öhdəliklərinə müsbət təsir edib. Azadolma nəticəsində 2025-ci ilin IV rübündən bankların "Visa" ilə apardığı əməliyyatlar üzrə ödəmə mənbəyindən tutulan vergi yükü aradan qaldırılıb. Eyni zamanda, "Visa" ilə həyata keçirilən qeyri-maliyyə xarakterli əməliyyatlar üzrə əlavə dəyər vergisi xərcləri azalıb.

"Bunun nəticəsində bank sektorunda növbəti dövrlər üzrə ümumilikdə bir neçə milyon manat vergi xərclərinə qənaət edilməsi təmin olunub", – deyə açıqlamada qeyd olunub.

ABA-nın məlumatına görə, sözügedən mexanizm ödəniş xidməti təchizatçıları üçün də vergi baxımından hüquqi aydınlığı artırır və riskləri azaldır: "Belə ki, mexanizm çərçivəsində DTA-03 formasının əldə edilməsi xidmət göstərən tərəfin müvafiq ölkədə vergi rezidenti statusunu təsdiq edir və ikiqat vergitutmanın qarşısının alınması haqqında sazişlərin tətbiqi üçün hüquqi əsas yaradır. Bu isə ödənişlər üzrə mənbədə verginin düzgün dərəcə ilə tutulmasına və ya ümumiyyətlə tutulmamasına imkan verir".

Assosiasiya həmçinin bəyan edib ki, bu yanaşma əlavə vergi hesablamaları, sanksiya və cərimə risklərini əhəmiyyətli dərəcədə azaldır, eyni zamanda ödəniş xidməti təchizatçıları üçün vergi öhdəliklərinin daha şəffaf və proqnozlaşdırılan şəkildə icrasını təmin edir.

Tarix
2026.01.23 / 17:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla