Yuxarı

Bu türk ölkəsi ilə ikiqat vergitutma aradan qaldırıldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu türk ölkəsi ilə ikiqat vergitutma aradan qaldırıldı

Azərbaycan ilə Qırğızıstan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş bu il yanvarın 1-dən qüvvəyə minib.

Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, iki ölkə arasında ikiqat vergitutmanın aradan qaldırılması üzrə bu ilk sazişdir.

Saziş dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olan şəxslərə şamil edilir.

Sazişin əhatə etdiyi vergilərə gəlirin ümumi məbləğindən və ya onun ayrı-ayrı elementlərindən tutulan vergilər, o cümlədən daşınar və daşınmaz əmlakın özgəninkiləşdirilməsindən əldə edilən gəlirlər, müəssisələr tərəfindən ödənilən əməkhaqqı və maaşlar, eləcə də əmlakın dəyərinin artımından əldə olunan gəlirlər üzrə vergilər daxildir.

Sənədə əsasən, hər iki ölkədə fiziki şəxslərin gəlir vergisi və hüquqi şəxslərin mənfəət vergisi ikiqat vergitutmadan azad edilir.

Eyni zamanda, saziş imzalandıqdan sonra mövcud vergilərə əlavə olaraq və ya onların əvəzinə tətbiq edilən, mahiyyətcə eyni və ya oxşar olan bütün vergilərə də şamil olunur.

Bununla yanaşı, rezidentlərin daşınmaz əmlakdan əldə etdikləri gəlirlər həmin əmlakın yerləşdiyi digər dövlətdə vergiyə cəlb oluna bilər. Daşınmaz əmlak anlayışına yardımçı əmlak, kənd və meşə təsərrüfatında istifadə edilən mal-qara və avadanlıq, torpaq mülkiyyətinə dair milli qanunvericiliyin tətbiq olunduğu hüquqlar, daşınmaz əmlakın uzufruktu, həmçinin mineral ehtiyatların, mənbələrin və digər təbii resursların işlənməsi və ya işlənmə hüququ müqabilində ödənilən dəyişkən və ya sabit ödənişlərə olan hüquqlar daxildir. Dəniz və hava gəmiləri, avtomobil və dəmiryol nəqliyyatı vasitələri isə daşınmaz əmlak hesab edilmir.

Sazişdə "rezident" dedikdə yaşayış yeri, rezidentlik statusu, qeydiyyat yeri, idarəetmə mərkəzi və ya oxşar meyarlara əsasən müvafiq dövlətdə vergiyə cəlb olunan istənilən şəxs, habelə həmin dövlətin özü, onun inzibati-ərazi vahidləri və dövlət və ya yerli hakimiyyət orqanları nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan və Qırğızıstan arasında bu saziş 2024-cü il aprelin 24-də Bakıda imzalanıb. Sənədi Azərbaycan tərəfdən iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qırğızıstan tərəfdən isə iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev imzalayıb.

Bu günədək Azərbaycan 57 ölkə ilə analoji saziş imzalayıb, onlardan 56-sı hazırda tətbiq olunur.

Tarix
2026.01.23 / 17:51
Müəllif
Axar.az
Digər xəbərlər

Ötən ay vəzifəyə təyin olunmuşdu, indi azad edildi

Bakı ilə Tiflis arasında məsləhətləşmələr aparıldı

Mirzəyev etimadnaməsini İƏT baş katibinə təqdim etdi

İlham Əliyevin Serbiya səfərindən - Video

Vüqar Qurbanovun 300 minlik avtomobili: Nömrəsi... - Foto

Vahidə Rzayeva bu vəzifəyə təyin olundu

Prezidentin Serbiya səfəri: Yeni səhifə açılır

Prezidentin Serbiyaya səfəri: əlaqələr daha da gücləndirəcək

Andrey Babiş Bakıya gəlir

Özbəkistandakı Azərbaycan şirkətlərinin sayı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla