Yuxarı

Kredit götürənlərin nəzərinə: Faizlər artdı - Video

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kredit götürənlərin nəzərinə: Faizlər artdı - Video

Banklarda kredit faizlərində artım müşahidə olunur.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, ötən il kreditləri 11-17 faizlə təklif edən banklar hazırda kreditləri meyarlardan asılı olaraq minimum 18 faizdən başlayaraq təqdim edirlər.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, kredit faizlərində müşahidə olunan artım Mərkəzi Bankın apardığı sərt pul-kredit siyasəti ilə bağlıdır. Belə ki, banklar əhalidən daha çox vəsait cəlb etmək üçün əmanət faizlərini yüksəldirlər. Bu isə banklar üçün vəsaitin maya dəyərinin artması deməkdir. Nəticədə banklar baha başa gələn vəsaiti kredit şəklində daha yüksək faizlə təqdim edirlər ki, bu da kredit faizlərinin artmasına səbəb olur.

X.Kərimli bildirib ki, Mərkəzi Bank inflyasiya risklərinin hələ də tam aradan qalxdığını hesab etmədiyi üçün faiz dərəcələrinin azaldılmasına tələsmir. Bu şəraitdə kredit faizlərinin yaxın dövrdə enəcəyi gözlənilmir.

İqtisadçının fikrincə, təxminən üç il əvvəl başlanan sərtləşdirmə tədbirlərinin real nəticələri məhz indi daha aydın hiss olunur. Bu isə pul-kredit siyasətinin iqtisadiyyata təsirinin gecikmə ilə baş verdiyini bir daha sübut edir.

Tarix
2026.01.26 / 01:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla