Yuxarı

Avstriya Azərbaycandan neft idxalını kəskin artırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avstriya Azərbaycandan neft idxalını kəskin artırdı

2025-ci ildə Azərbaycandan Avstriyaya 88 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 177,5 min ton xam neft və neft məhsulları ixrac olunub.

Axar.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu, dəyər ifadəsində 40,1 milyon ABŞ dolları və ya 1,8 dəfə, həcm baxımından isə 91,6 min ton ton və ya 2 dəfə çoxdur.

2024-cü ildə Azərbaycandan Avstriyaya 47,9 milyon ABŞ dolları dəyərində 85,9 min ton neft və neft məhsulları ixrac olunub.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.

Bildirilir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.

Sözügedən məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.

Tarix
2026.01.31 / 01:42
Müəllif
Axar.az
Digər xəbərlər

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla