Yuxarı

Azərbaycanın xarici dövlət borcu azaldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın xarici dövlət borcu azaldı

Azərbaycanın 2026-cı il 1 yanvar tarixinə xarici dövlət borcu 4.813,5 milyon ABŞ dolları (faktiki ÜDM-in 6,3 faizi) təşkil edib.

Maliyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 316,2 milyon ABŞ dolları və ya 6,2 faiz azalıb.

2026-cı ilin 01 yanvar tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 0,6 faiz bəndi azalıb.

Qeyd edilib ki, hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,5 faizini, sabit dərəcə ilə olanlar isə 50,5 faizini təşkil edib. 2026-cı ilin 01 yanvar tarixinə xarici dövlət borcu portfelinin 35,4%-i Asiya İnkişaf Bankının, 28,8%-i avro bondların, 13,7%-i Dünya Bankının, 22,1%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.

Tarix
2026.02.04 / 10:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla