Yuxarı

Bu sahələrə pul qoyanlar qazanacaq - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu sahələrə pul qoyanlar qazanacaq - Ekspert

Hazırkı iqtisadi şəraitdə vətəndaşlar üçün sərfəli və təhlükəsiz investisiya imkanları getdikcə məhdudlaşır. İnflyasiya təzyiqləri, valyuta bazarındakı dalğalanmalar və ümumi bazar qeyri-müəyyənliyi yatırım qərarlarını daha riskli edir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli investisiya imkanlarından danışarkən deyib.

Onun sözlərinə görə, hazırda ən təhlükəsiz investisiya alətləri risk səviyyəsi nisbətən aşağı və likvidliyi yüksək olan sahələrdir:

“Dövlət istiqrazları və bank əmanətləri sabitlik baxımından müəyyən təhlükəsizlik yaratsa da, inflyasiya fonunda real gəlirlilik çox zaman məhdud qalır.

Daşınmaz əmlak uzunmüddətli perspektivdə dəyərini qoruyan investisiya sahələrindən biri olaraq qalır. Torpaq sahələrinin isə gəliri əsasən gələcək dövlət planlaşdırması və infrastruktur layihələrindən asılıdır. Bu növ investisiyanın likvidliyi aşağı olsa da, düzgün seçim edildikdə yüksək qazanc gətirə bilər.

Avtomobil əksər hallarda investisiya yox, xərc xarakterli aktiv sayılır və zamanla dəyər itirir”.

Akif Nəsirli alternativ investisiya alətlərinə də toxunaraq bildirib ki, qiymətli metallar və kriptovalyutalar yüksək riskli olsa da, düzgün zamanlama və bazar analizi ilə müəyyən gəlir imkanları yarada bilər:

“Bununla yanaşı, investisiya zamanı vətəndaşların yol verdiyi əsas səhvlərdən biri risk və gəlir nisbətini düzgün qiymətləndirməmək, investisiyanı bir sahəyə yönəltmək və emosional qərarlar verməkdir.

2026–2027-ci illər üçün perspektivli sahələr arasında daşınmaz əmlakın bəzi seqmentləri – xüsusilə şəhər mərkəzində və inkişaf etməkdə olan bölgələrdə mənzil və ticarət obyektləri – stabil gəlir və qiymət artımı təmin edə bilər. Biznes sahəsində isə texnologiya, e-ticarət və xidmət sektorları perspektivli görünür, çünki əhali və biznes ehtiyacları bu sahələrə yönəlir. Alternativ investisiyalarda isə qismən qiymətli metallar, qızıl və bəzi stabil kriptovalyutalar qısa və orta müddətli risk idarəçiliyi üçün maraqlı ola bilər.

Ümumilikdə, investisiya strategiyası həm gəlir potensialını, həm də riskləri balanslaşdırmalı, diversifikasiya və bazar araşdırması üzərində qurulmalıdır”, - o qeyd edib.

Tarix
2026.02.05 / 08:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Kuleba Bakının bu dəstəyini yüksək qiymətləndirdi - Səfir

ADU və Sunqşil Universiteti Anlaşma Memorandumu imzaladı

Tehran İstanbuldan imtina etdi, Omanı seçdi - Görüş məhv oldu

Müəllimlər hansı hallarda işdən çıxarıla bilər?

Əliyev və Paşinyan bu nüfuzlu mükafata layiqdir - Mirziyayev

Bu, tarixi əhəmiyyətli dönüş nöqtəsidir - Tokayev

İlham Əliyev Qafqazda belə tanınır - Şərif

Ərdoğan İlham Əliyevi təbrik etdi

İlham Əliyev Əbu-Dabidə mühüm tədbirdə... - Video

Ərdoğan və Salman bu foto ilə dünyaya mesaj verdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla