Yuxarı

Ən çox şikayət edilən 3 bank – MB-dan açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən çox şikayət edilən 3 bank – MB-dan açıqlama

Xəbər verdiyimiz kimi, 2026-cı ilin yanvar ayında Azərbaycanda bank sektoru üzrə daxil olan şikayətlərin sayına görə “Bank Avrasiya”, “AFB Bank” və “Bank BTB” ilk sıralarda yer alıb.

Məsələ ilə bağlı Mərkəzi Bankdan Axar.az-a bildirilib ki, cari ilin yanvar ayında sözügedən indeksin hesablanmasında nəzərə alınan şikayətlər, əsasən, akseptsiz tutulma, onlayn bankçılıq və kartın bloklanması mövzularını əhatə edir.

“Mərkəzi Bankda maliyyə xidmətləri istehlakçılarının müraciətlərinin araşdırılması zamanı banklar tərəfindən istehlakçıların hüquqlarının pozulması halları müəyyən edildikdə, banka qarşı müvafiq nəzarət tədbirləri tətbiq edilir.

Bununla yanaşı, Mərkəzi Bank tərəfindən səyyar qəbulların təşkili, eləcə də maliyyə sektoru nümayəndələri ilə mütəmadi görüşlərin keçirilməsi yolu ilə maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məsələlərinin daim diqqət mərkəzində saxlanılması bankların nəzərinə çatdırılır.

Mərkəzi Banka daxil olan şikayətlər əsasında indeksin formalaşdırılmasını nəzərə alaraq, indeksin açıqlanması banklar üçün şikayətlərin vaxtında və effektiv həll olunması istiqamətində təşviqedici rol oynayır. Bununla da sözügedən mexanizm maliyyə sektorunda müştəri məmnuniyyətinin yüksəldilməsinə və maliyyə xidmətlərinin keyfiyyətinin davamlı olaraq yaxşılaşdırılmasına xidmət edir”, - qurumdan qeyd edilib.

Tarix
2026.02.13 / 10:33
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla