Yuxarı

Azərbaycanla Serbiya mühüm layihələr icra edir - Əliyev

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla Serbiya mühüm layihələr icra edir - Əliyev

Azərbaycanla Serbiya iqtisadiyyat və sənaye üçün mühüm layihələr həyata keçirir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında deyib.

"Bu gün məni hökumətin yüksək səviyyəli üzvləri müşayiət edir və bu da nümayəndə heyətinin üzvləri arasında, eləcə də hamımız arasında müzakirə olunacaq çoxlu məsələlərin olduğunu göstərir. Marko Duriç və Aleksandar Vuçiçin bu il tezliklə Azərbaycana səfərindən əvvəl, artıq bugünkü səfərin nəticələri mövcuddur və Azərbaycan nümayəndə heyətinin bütün üzvlərindən xahiş edirəm ki, buna hər zamankı kimi ciddi yanaşsınlar ki, razılaşdıqlarımızı qısa müddətdə icra edək", - deyə dövlət başçısı qeyd edib.

Azərbaycan Prezidenti vurğulayıb ki, bugünkü iclasın gündəliyinə və müvafiq nazirlərin təqdimatlarına baxdıqda gündəliyin daha da genişləndiyini demək mümkündür:

"İqtisadiyyatlarımız və sənayemiz üçün mühüm layihələr həyata keçiririk. Cənab Vuçiç elektrik stansiyasının tikintisini qeyd etdi. Bu, əməkdaşlığın necə şaxələndirildiyinin mühüm göstəricisidir. Biz qaz sahəsində əməkdaşlıqla başladıq və indi növbəti mərhələyə keçirik - elektrik enerjisi istehsalı üçün imkanlar yaranır. Bu, son illərdə Avropada həyata keçirilən ən böyük və mühüm investisiyalardan biri olacaq. Bu həm də qarşılıqlı etimadın yüksək səviyyəsinin nümayişidir, çünki yalnız yüksək münasibətlərə və tərəfdaşlığa malik olunan ölkələrə investisiya qoyulur".

Tarix
2026.02.15 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla