Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Yanvar 2019


Neft Fondunun gəlirləri niyə azalır?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Neft Fondunun (DNF) aktivlərinin idarəedilməsindən əldə edilən gəlirlər azalmağa başlayıb. Belə ki, 2013-cü ildə Fonda vəsaitlərin idarə olunmasından 480,6 milyon manat gəlir daxil olub. 2012-ci ildə isə bu rəqəm 543,6 milyon manat təşkil edib. Fond ötən il 2012-ci illə müqayisədə aktivlərin idarəolunmasından 63,6 milyon manat az gəlir əldə edib.

2012-ci illə müqayisədə Fondun aktivlərinin 1,6 milyard manat, qızıl ehtiyatlarının isə 15 ton 241 kiloqram artmasına baxmayaraq, aktivlərin idarəedilməsindən əldə edilən gəlirlərin azalması maraq doğurur. Buna səbəb kimi ekspertlər bir necə nüansı vurğulayırlar. Onların fikrincə, gəlirlərin azalmasına aktivlərin düzgün idarə edilməməsi, dünya maliyyə bazarlarındakı həssaslıq kimi amillər təsir edə bilər.

İqtisadçı ekspert Qalib Toğrul məsələ ilə bağlı "Axar.az"a açıqlamasında 2013-cü ildə Fondun investisya siyasətinin qənaətbəxş olmadığını deyib. Onun fikrincə, gəlirlərin azalmasının əsas səbəblərindən biri dünya bazarında qızılın ucuzlaşması ilə bağlıdır. Lakin bu, yeganə səbəb deyil:

"Səbəbləri aşakara çıxarmaq üşün bizim əlimizdə daha detallı, vəsait yerləşdirilən hər bir istiqamət üzrə ətraflı məlumat olmalıdır. DNF-in mütəxəssisləri yəqin ki, az gəlirliliyin səbələrini araşdırmaq üçün istiqamətlər üzrə təhlilər aparırlar. Ümumilikdə götürdükdə, Fond vəsaitlərin idarə olunması ilə bağlı 2012-ci ilə qədər ehtiyatlı siyasət yeridilib. Həmin ildən başlayaraq DNF-ə aktivlərinin 5 faizinə qədərini əmlak bazarında, 5 faizə qədərini qızıl bazarında və bir o qədər hissəsini inkişaf etməkdə olan ölkələrin bazarında yerləşdiribmək imkanı yaradılıb".

Qeyd edək ki, Fond 2012-ci ildə 20,5 ton qızıl alıb, eyni zamanda, Böyük Britaniyada, Fransada, Rusiyada, Luksemburqda və Cersi adalarında əmlak bazarına sərmayələr qoyub. Bununla yanaşı, 444,19 min manatlıq vəsaiti Londonun "BNP Paribas" və "Jefferies Bache" bankları ilə bərabər inkişaf etməkdə olan ölkələrin (Türkiyənin Ziraat Bankası, Akbank və İs Bankası, Rusiyanın Gazprombank və VTB bankları) banklarında depozitə qoyulub. Fondun bank hesablarında depozitlər dollar, avro, funt sterlinq, avstraliya dolları, rubl, lirə və manatda saxlanılır. Bütövlükdə isə Fondun aktivlərinin 50 faizi ABŞ dolları, 40 faizi avro, 5 faizi funt sterlinq, yerdə qalan 5 faizi isə avstraliya dolları, rus rublu, türk lirəsi və Azərbaycan manatında yerləşdirilib.

Fondun aktivlərinin idarə olunması ilə bağlı digər ölkələrin təcrübəsindən danışan Q.Toğrul Qazaxıstanın bizdən daha artıq vəsait əldə etdiyini vurğulayıb:

"Qazaxıstanla kiçik bir müqayisə aparsaq görərik ki, biz vəsaitlərin idarə olunmasından daha az gəlir əldə etmişik. Ölkəmizdə neft gəlirlərinin sürətli artımının 2008-ci ilə təsadüf etdiyini nəzərə alaraq, elə həmin ildən başlayaraq müqayisəni aparsaq, aşağıdakı nəticələr ortaya çıxır: 2008-ci ildə Azərbaycan gəlirlərin idarə olunmasından 3,8 faiz, Qazaxıstan isə 2,3 faiz gəlir əldə edib. Bu göstərici 2009-cu ildə Azərbaycanda 3,5 faiz, Qazaxıstanda 7,3 faiz, müvafiq olaraq 2010-cu ildə 1 faiz və 3 faiz, 2011-ci ildə isə 0,8 faiz və 2,4 faiz nisbətində olub. Qazaxıstan gəlirlərin idarə olunmasından Azərbaycana nisbətən orta hesabla 2 dəfə artıq gəlir əldə edib".

Ekspert hazırda artıq mənfəət neftinin satışından daxilolmaların da azalmağa başladığını bildirib:

"Ancaq bütün hallarda mən vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlərə alternativ gəlir mənbəyi kimi baxmağın tərəfdarı deyiləm. Fikrimcə, Neft Fonduna daxil olan vəsaitlərin əksər hissəsinin xərclənməsi məsələsinə baxılmalıdır. Açıqlanan statistikaya görə, 2013-cü il ərzində Neft Fondunun büdcə gəlirləri 13 600,5 milyon manat, büdcə xərcləri isə 12 302,7 milyon manat olub. 2013-cü il də daxil olmaqla neftdən Fonda daxilolmaların 56,5 faizi xərclənib. Məncə, neftdən daxil olan vəsaitlərin xərclənməsi ilə yığıma gedən hissəsi arasında optimal nisbəti tapmaq lazımdır".

Tarix
2014.03.04 / 16:31
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Загрузка...
Digər xəbərlər

SOCAR-da həyata keçirilən islahatlar açıqlandı

ABŞ tezliklə iqtisadi liderliyini itirəcək, yerinə... - Proqnoz

Dollar bu gün neçəyədir? - Məzənnə

Avropadan Bakıya da aid 13 milyardlıq plan

Neft 61 dolları keçdi

“Kapital Bank” Euromoney – 2019 forumunda iştirak edir

Dolların bugünkü məzənnəsi

Struktur islahatları ÜDM-ni 2% artıracaq – Millət vəkili

Daha bir qurum gücləndirilmiş iş rejiminə keçdi - Açıqlama

Neft yenidən bahalaşır – Son qiymət

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla