Yuxarı

Manatın “dövretmə sürəti” azaldı: bu, nə deməkdir?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Manatın “dövretmə sürəti” azaldı: bu, nə deməkdir?

Pulun dövretmə sürəti, sadə dillə desək, pulun iqtisadiyyatda nə qədər tez-tez əl dəyişməsidir. Eyni pul kütləsi daha çox dövriyyədən keçirsə, bu, aktivliyin yüksək olduğunu göstərir. Amma hazırda dövretmə sürəti aşağı düşüb və tarixi minimumlara yaxındır. Bu isə iqtisadi aktivliyin zəifləməsi ehtimalını artırır. Çünki insanlar pulu xərcləməyə deyil, daha çox yığmağa üstünlük verirlər.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli manatın dövretmə sürətinin azalması haqqında danışarkən deyib.

İqtisadçı bildirib ki, pulun dövretmə sürətinin azalması iki əsas məqamla izah oluna bilər:

“İlk səbəb iqtisadi aktivliyin zəifləməsidir. Əgər vətəndaş və ya biznes subyekti pulu daha sürətlə xərcləyir, investisiya edir, alış-verişi artırırsa, dövretmə sürəti yüksəlir. Əksinə, ehtiyatlı davranıb vəsaiti yığmağa üstünlük verəndə, bu göstərici aşağı düşür.

Dövretmə sürətinin azalması inflyasiyanın aşağı düşməsi ilə bağlı deyil. Əksinə, pulun dövretmə sürətinin aşağı düşməsi inflyasiyanı aşağı çəkən amillərdən biridir. Bu, tələb amillərinin o qədər də aktiv olmadığını göstərir. Mərkəzi Bank da dəfələrlə vurğulayıb ki, inflyasiyanın əsas səbəbi idxal amilləri ilə bağlıdır”.

X.Kərimli əlavə edib ki, kredit faizlərinin artması və maliyyə şərtlərinin sərtləşməsi də dövretmə sürətinə təsir göstərir:

“İstehlak kreditlərində artım müşahidə olunsa da, biznes və ipoteka kreditlərində əvvəlki artım tempi yoxdur. Kredit faizlərinin yüksəlməsi, məcburi ehtiyat normaları ilə bağlı qərarlar və ümumi ehtiyatlı davranış pulun dövretmə sürətini aşağı salır.

Bu vəziyyət birbaşa böhran anlamına gəlməsə də, iqtisadi aktivliyin zəifləməsi ilə bağlı ciddi siqnaldır. Hələlik böhrandan danışmaq tezdir. Amma xərcləmələrin azalması və dövretmə sürətinin enməsi iqtisadiyyatda dinamikanın zəiflədiyini göstərən vacib göstəricilərdəndir”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin fevralın 1-nə manatın dövretmə sürəti 2,84 bənd təşkil edib və bu göstərici həm ilin əvvəli, həm də ötən ilin eyni dövrü ilə müqayisədə azalma deməkdir.

Tarix
2026.02.27 / 13:02
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla