Yuxarı

İrandakı savaşın Azərbaycan iqtisadiyyatına təsiri...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandakı savaşın Azərbaycan iqtisadiyyatına təsiri...

İranda baş verən savaş region dövlətləri üçün yalnız hərbi deyil, həmçinin iqtisadi baxımdan da təsirsiz ötüşməyə bilər. Bəs, müharibənin Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər?

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

“Azərbaycanla İran arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki ilə nisbətən cüzi dəyişərək 644 milyon dollar olub. 2024-cü ildə bu göstərici 647 milyon dollar idi. Rəqəmlər ölkələr arasındakı ticarət əlaqələrinin kiçik göstəricilərlə ifadə olunmadığını göstərsə də, dövriyyənin strukturu fərqli təəssürat yaradır”, - o vurğulayıb.

Deputat bildirib ki, ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İrandan idxaldır:

"2025-ci ildə 644 milyon dollarlıq dövriyyənin 624 milyonu İrandan idxal hesabına formalaşıb. Yəni, ümumi ticarət dövriyyəsinin cəmi 3 faizi Azərbaycanın İrana ixracıdır. Azərbaycanın İrana ixracatı cəmi 20 milyon dollar olub. Bu isə o deməkdir ki, ötən il İranla ticarətdə 604 milyon dollarlıq mənfi saldomuz yaranıb.

Deməli, İranla ticarət əlaqələrimizdə illər üzrə mənfi saldomuz var. Yəni, İran Azərbaycanla ticarət əlaqələrindən daha çox qazanır. Bu isə o deməkdir ki, İranla ticarət əlaqələrində texniki çətinliklər davam etsə, bunun Azərbaycan ixracatına hər hansı xüsusi təsiri olmayacaq. İllər üzrə statistik təhlillər göstərir ki, iki ölkə arasındakı ticarətdə İran idxalı dominat olub. Azərbaycanın ümumi ixracatında İranın payı hətta tam rəqəmlərlə belə ifadə olunmur. İxrac ölkəyə valyuta gətirir, idxal isə ölkədən valyuta aparır. Təsirlərə gəldikdə isə, bu özünü İrandan idxalın azalmasında göstərə bilər. Azərbaycana İrandan tikinti materialları, kənd təsərrüfatı məhsulları, eləcə də quru meyvələr, yüngül sənaye məhsulları, xüsusən də məişətdə istifadə edilən sənaye məhsulları idxal edilir.

Əgər İranln ixrac imkanları daha uzun müddət məhdudlaşarsa, o zaman cənub qonşumuzda istehsal edilən bir sıra məhsulların gətirilməsində çətinlik yarana bilər.

İrandan idxal edilən malların, xüsusən də ərzağın qiymətinin yüksəlməməsi üçün alternativ bazarlardan həmin məhsulların daha qısa zamanda gətirlərək əvəzlənməsinə ehtiyac var. Təbii ki, bu, müharibənin hansı müddəti əhatə etməsindən asılı olacaq. Bununla belə, regionda baş verən hadisələr fonunda ərzaq məhsullarının idxal bazarlarının şaxələndirilməsi və idxaldan asılılığın minimumlaşdırılması prioritetliyini daha da artırmaqdadır".

Tarix
2026.03.02 / 11:04
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Moldova XİN başçısı ilə görüşdü

Bölgələrimizdə uçan dronlar kimindir? - Video

Təxliyə ilə bağlı göstəriş verilib - İrandakı səfirimiz

Prezidentdən İranla bağlı mühüm tapşırıq

İran 4 PUA ilə Naxçıvana hücum edir – niyə yalnız biri vurulur?

Hərbi qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilir - Nazir

Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?

Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının təxliyəsi...

Əli Əsədov Cövdət Yılmazla İranın hücumunu müzakirə etdi

Naxçıvana dron hücumu: İran bunu vəd etdi - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla