Yuxarı

Qazaxıstan Azərbaycanla bağlı bu sazişi təsdiqlədi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstan Azərbaycanla bağlı bu sazişi təsdiqlədi

Qazaxıstan parlamenti Azərbaycan və Özbəkistanla yaşıl enerji istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişi ratifikasiya edib.

Axar.az xəbər verir ki, bu barədə “Sputnik-Qazaxıstan” məlumat yayıb.

Sənədə əsasən, daxili enerji infrastrukturunun genişləndirilməsi və yeni elektrik ötürmə xətlərinin inkişafı nəzərdə tutulur. Həmçinin layihə çərçivəsində yaşıl enerjinin ötürülməsi üçün Xəzər dənizinin dibi ilə Özbəkistan və Qazaxıstandan Azərbaycana sualtı kabelin çəkilməsi planlaşdırılır. Daha sonra bu enerji Qara dəniz enerji dəhlizinə inteqrasiya edilərək Avropa ölkələrinə ixrac ediləcək.

“Eyni zamanda, saziş çərçivə xarakteri daşıyır və avtomatik şəkildə maliyyə və ya digər öhdəliklərin qəbulunu nəzərdə tutmur. Konkret layihələrin həyata keçirilməsi ayrı razılaşmalar əsasında və milli qanunvericilik çərçivəsində aparılacaq. Bu isə riskləri minimuma endirir və sazişin mərhələli şəkildə icrasını təmin edir”, – deyə parlamentin deputatı Yedil Janbırşın bildirib.

Bundan əlavə, sazişdə bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadə, ölkələr arasında və Avropa dövlətləri ilə ekoloji təmiz elektrik enerjisinin ticarətinin inkişafı nəzərdə tutulur.

Həmçinin qeyd olunub ki, Mərkəzi Asiya ölkələrinin enerji sistemləri ilə Azərbaycanın enerji sistemi arasında bağlantı təmin ediləcək ki, bu da yaşıl elektrik enerjisinin sabit və proqnozlaşdırıla bilən ixracına imkan yaradacaq.

Tarix
2026.03.11 / 21:45
Müəllif
Axar.az
Digər xəbərlər

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

Naxçıvana maneəsiz yol olmasa, Tramp marşrutu... - Vasadze

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

Bu şəxslərə xüsusi rütbələr veriləcək

TDT-nin yeni baş katibi bəlli oldu

Gürcüstanda ciddi qəza olanda Azərbaycan dəstək göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla