Yuxarı

Son əmək haqqı artımları kimlərə şamil ediləcək?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son əmək haqqı artımları kimlərə şamil ediləcək?

Azərbaycan Prezidenti İlham Əliyev dövlət sektorunda əmək haqlarının tənzimlənməsi ilə bağlı bir neçə fərman imzalayıb. Sənəd dövlət idarəçiliyində aparılan institusional islahatların davamlılığını, dövlət qulluğunda maaş sisteminin daha da təkmilləşdirilməsini və eləcə də optimal və balanslı şəkildə həyata keçirilməsini nəzərdə tutur.

Axar.az xəbər verir ki, bu sözləri deputat, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

"Maaş sisteminin təkmilləşdirilməsində əsas məqsəd dövlət qurumlarında maaşların müəyyənləşdirilməsində vahid və sistemli yanaşmanı həyata keçirməkdir. Bu maaşların optmillaşdırılaraq artırılmasına səbəb olmaqla yanaşı, dövlət qurumlarında şəffaflığın daha da yüksəlməsinə və qərarların qəbulunda çevikliyin artmasına gətirib çıxaracaq. Eyni zamanda, dövlət qulluğuna ixtisaslı kadrların daha yaxından cəlb edilməsinə və məşğulluqda sektoral rəqabətin güclənməsinə də səbəb olacaq.

Azərbaycan Prezidenti tərəfindən imzalanan son sənədlər dövlət qulluqçularının, dövlət qulluğunun inzibati və yardımçı vəzifələrində çalışanların, dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin və eləcə də bir sıra digər dövlət qurumlarının əməkdaşlarının maaşlarına təsir göstərəcək. Bu onların əmək haqlarında artımlarla müşahidə ediləcək.

Hazırda dövlət qulluqçuların sayı 27 min 360 nəfərdir. Onların 8283 nəfəri qadındır. Dövlət qulluqçularının ən çox çalışdığı 7-ci təsnifat üzrə inzibati vəzifələrdir: 12751 nəfər. Dövlət qulluğunun yardımçı vəzifələrində isə 6058 vətəndaşımız çalışır. Dövlət qulluqçularının ən az çalışdığı təsnifat isə 4-cüdür. Bu təsnifat üzrə cəmi 1014 vətəndaşımız çalışır. Göründüyü kimi, əmək haqlarının təkmilləşdirilməsi dövlət qulluğunda çalışan 27360 vətəndaşımıza şamil olunacaq. Bir sıra digər dövlət qurumlarında çalışanların da maaş sistemi təkmilləşdirildiyi üçün bu islahat daha çox vətəndaşımızı əhatə edəcək.

Yeni sistemin üstünlüklərinə gəldikdə isə, əlavələr və mükafatların ləğvi maaşlara vahid yanaşmaya imkan verəcək. Bu, eyni zamanda ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə də təsirsiz ötüşməyəcək. Digər tərəfdən, vahid əmək haqqı sistemi daha çox pensiya kapitalının toplanmasına da imkan verəcək. Əmək haqqı sisteminin təkmilləşdirilməsi bank və maliyyə məhsullarına əlçatanlığı da artıracaq.

Hazırda dövlət sektorunda çalışan vətəndaşlarımızın sayı 861,4 min nəfərdir. Ölkə üzrə ən yüksək əmək haqqı mədənçıxarma sənayesindədir: 3787 manat. Ən aşağı maaş isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda qeydə alınıb. Bu sektorda əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın orta aylıq maaşı 687 manatdır. Dövlət idarəetməsi, müdafiə və sosial təminatda çalışanların orta aylıq maaşı isə 1434 manatdır.

Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, dövlət qulluqçularının orta aylıq maaşı 1971 manatdır. Son islahatdan sonra bu məbləğdə xüsusi artımların olacağı gözlənilir. Bütövlükdə, Azərbaycan Prezidentinin imzaladığı son fərmanlar dövlət idarəetmə sistemində aparılan islahatların daha da dərinləşməsinə xidmət edəcək", - o əlavə edib.

Tarix
2026.03.20 / 11:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

İlham Əliyev Şahbaz Şəriflə danışdı

ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?

İsrail səfirliyi Azərbaycanı təbrik etdi

QMİ sədri Yaxın Şərqdəki müharibə ilə bağlı çağırış etdi

Prezident bu konvensiyanı təsdiqlədi

Əli Əsədov səfirliyə getdi, başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla