Yuxarı

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi...

Gürcüstanın xarici ticarəti azalmaqda davam edir.

Axar.az xəbər verir ki, Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2026-cı ilin yanvar-fevral aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 3,5 milyard dollar təşkil edib. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azdır.

Hesabat dövründə ölkəyə 2,5 milyard dollar dəyərində məhsul idxal edilib ki, bu da 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 15,4 faiz azdır. İxrac isə keçən ilin ilk iki ayı ilə müqayisədə 22,9 faiz artaraq 1 026,7 milyon dollar təşkil edib.

Gürcüstanın mənfi ticarət saldosu 1 459 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 30,6 faiz azdır.

Gürcüstanın xarici ticarət tərədaşları sırasında Türkiyə birinci yeri tutub. İki ölkə arasında xarici ticarət dövriyyəsi 499,5 milyon dollar təşkil edib. Bu, Gürcüstanın ümumi ticarət dövriyyəsinin 14,2 faizidir. Çin ikinci (457,8 milyon dollar), Rusiya üçüncü (418,4 milyon dollar), ABŞ isə dördüncü (237 milyon dollar) yerdədir. Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 214, 4 milyon dollar təşkil edib. Azərbaycan bu göstərici ilə Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında 5-ci yerdə qərarlaşıb.

Tarix
2026.03.22 / 01:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

Naxçıvana maneəsiz yol olmasa, Tramp marşrutu... - Vasadze

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

Bu şəxslərə xüsusi rütbələr veriləcək

TDT-nin yeni baş katibi bəlli oldu

Gürcüstanda ciddi qəza olanda Azərbaycan dəstək göndərdi

Gürcüstanla Hökumətlərarası Komissiyanın iclası keçirildi

Milli Məclisin növbəti iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla