Yuxarı

Azərbaycanın iqtisadi artım proqnozu açıqlandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın iqtisadi artım proqnozu açıqlandı

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu 2026-cı il üzrə 2%, 2027-ci ildə isə 1,8% müəyyən edib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə Bankın hesabatında bildirilib.

Qeyd edilib ki, əvvəlki illə müqayisədə artım tempinin yavaşlaması neft hasilatının azalması fonunda baş verəcək.

AİB ölkədə aqrar sektorun 2026-cı ildə 1,4%, 2027-ci ildə isə 1%, sənaye istehsalının isə müvafiq olaraq 0,2% və 0,1% səviyyəsində artacağını proqnozlaşdırıb.

"Dövlət büdcəsinin kəsirinin 2026-cı ildə ÜDM-in 2,2%, 2027-ci ildə isə 2,1% olacağı gözlənilir. 2026-cı ildə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transfertlər ÜDM-in 9,3%-i təşkil edəcək. Bununla yanaşı, dövlət büdcəsinin xərcləri ÜDM-in 30,3%-i təşkil edəcək ki, bunun da 10,2%-i dövlət əsaslı vəsait qoyuluşlarının payına düşəcək", - AİB əlavə edib.

Asiya İnkişaf Bankı Azərbaycanda orta illik inflyasiyanın 2026-ci ildə 5,7%, 2027-ci ildə isə 4,9% təşkil edəcəyini proqnozlaşdırıb.

Bank ötən ilin sentyabr ayındakı proqnozuna nisbətən 2026-cı il üzrə qiymətləndirmələri 2,2 faiz bəndi artırıb. 2027-ci il üzrə təqdim edilən proqnoz isə yenidir.

AİB əlavə edib ki, 2026-cı ildə qlobal karbohidrogen qiymətlərinin yüksək qalması səbəbindən idxal xərclərinin artması fonunda inflyasiyanın yüksələcəyi, 2027-ci ildə isə yenidən azalacağı proqnozlaşdırılır.

Tarix
2026.04.10 / 09:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslərə xüsusi rütbələr veriləcək

TDT-nin yeni baş katibi bəlli oldu

Gürcüstanda ciddi qəza olanda Azərbaycan dəstək göndərdi

Gürcüstanla Hökumətlərarası Komissiyanın iclası keçirildi

Milli Məclisin növbəti iclası başladı

Əli Əsədov Kobaxidze ilə görüşdü

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla