Yuxarı

AİB-in proqnozu: Azərbaycanda artım zəifləyir?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
AİB-in proqnozu: Azərbaycanda artım zəifləyir?

Ötən il Azərbaycanda iqtisadi artım cəmi 1,4% olub. Bu baxımdan 2% ətrafında proqnoz azalma deyil. Ümumiyyətlə isə son illərdə ölkədə aşağı iqtisadi artım müşahidə olunur və 2026-cı ilin yanvar-fevral statistikasında artım cəmi 0,3% təşkil edib.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli Asiya İnkişaf Bankının ölkəmizdəki iqtisadi artım proqnozları haqqında danışarkən deyib.

Ekspert bildirib ki, Azərbaycanda iqtisadi artımın zəif qalmasının əsas səbəbi neft sektorundan asılılıqdır:

“Neft hasilatı və ixracı iqtisadiyyatın mühüm komponentidir və hasilat azaldıqca bu, ümumi daxili məhsulun artım tempinə birbaşa təsir göstərir. Neft sektoru ümumi iqtisadiyyatda böyük paya malikdir. Bu sektor kiçildikcə, ümumi iqtisadi artım səviyyəsi də aşağı düşür.

Büdcə kəsirinin ÜDM-in 2%-dən yuxarı olması fiskal dayanıqlılıq üçün ciddi risk yaratmır. Zərurət yaranarsa, hökumət xərcləri azaldaraq və investisiyaları məhdudlaşdıraraq vəziyyəti tənzimləyə bilər”.

İqtisadçı həmçinin vurğulayıb ki, inflyasiyanın artması əhalinin real gəlirlərinə mənfi təsir göstərir.

Qeyd edək ki, Asiya İnkişaf Bankı Azərbaycanın 2026-cı ildə iqtisadi artımını 2%, 2027-ci ildə isə 1,8% səviyyəsində proqnozlaşdırıb.

Tarix
2026.04.10 / 16:04
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla