Yuxarı

İran ətrafında baş verənlərin maliyyə sektorumuza təsiri...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran ətrafında baş verənlərin maliyyə sektorumuza təsiri...

İranın ətrafında baş verənlərin Azərbaycanın maliyyə sektoruna hər hansı formada təsir etməsi gözlənilmir.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib.

"Bizim cənub qonşumuzla ixracın və idxalın payı ümumi ticarətdə elə də çox deyil. Maliyyə sektorumuzun da İranla inteqrasiyası çox deyil. Yəni, indiki mərhələdə sektora hər hansı təsir olacağını düşünmürük. Amma prosesləri yaxından izləyirik, hər hansı bir dəyişiklik olarsa biz öz proqnozlarımızı ona uyğun dəyişəcəyik. Yaxın Şərqdəki proseslər dünya bazarında neft qiymətlərini artırıb, bu da Azərbaycanın valyuta ehtiyatlarının və tədiyyə balansının artması deməkdir. Digər tərəfdən, neftin bahalaşması bizim ticarət tərəfdaşı olduğumuz və neft idxal edən bir sıra ölkələrdə inflyasiyanın artımı deməkdir, dolayısı ilə bizə inflyasiya idxalı deməkdir. Bu prosesi də yaxından izləyirik. İnflyasiya proqnozlarını detallaşdırırıq və may ayında paylaşacağıq", - deyə o qeyd edib.

Tarix
2026.04.14 / 16:05
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclisin növbəti iclası başladı

Gürcüstanla Hökumətlərarası Komissiyanın iclası başladı

Əli Əsədov Kobaxidze ilə görüşdü

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla