Yuxarı

"Yelo Bank"ın mənfəəti kəskin azaldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Yelo Bank"ın mənfəəti kəskin azaldı

Bu ilin birinci rübündə “Yelo Bank”ın aktivləri azalaraq ilin əvvəlindəki 1 milyard 515 milyon 245 min manatdan 1 milyard 512 milyon 822 min manata düşüb.

Axar.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, maliyyə qurumunun öhdəlikləri də ilin əvvəlindəki 1 milyard 338 milyon 752.23 min manatdan 1 milyard 329 milyon 706.60 min manata düşüb.

Öhdəliklərin azalmasına bankın əmanət portfelinin kiçilməsi səbəb olub. Belə ki, fiziki şəxslərin əmanətləri ilin əvvəlindəki 930 milyon 542 min manatdan 914 milyon 580 min manata düşüb.

Hüquqi şəxslərin depozitləri isə 163 milyon 782 min manatdan 149 milyon 626 min manata qədər azalıb. Müqayisə üçün bildirək ki, ötən ilin birinci rübündə şirkətlərin bankda 173 milyon 484 min manatı var idi.

Bank likvidliyini təmin etmək üçün digər öhdəliklərini artırıb. Belə ki, hesabat dövründə bankın digər öhdəlikləri (mərkəzi bankdan alınan vəsaitlər, qiymətli kağızlar emissiyası, akkreditivlər, qarantiyalar və digər maliyyə institutlarına olan borclar) ilin əvvəlindəki 46 milyon 98 min manatdan 73 milyon 447 min manata yüksəlib.

Diqqəti çəkən isə “Yelo Bank”ın mənfəətindəki kəskin azalmadır. Bank ötən ilin müvafiq dövründə 11 milyon 199 min manat xalis mənfəət əldə etmişdisə, cari ildə bu rəqəm 6 milyon 685 manat olub.

Tarix
2026.04.14 / 18:35
Müəllif
Axar.az
Digər xəbərlər

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla