Yuxarı

Azərbaycan bu ölkəyə neft ixracını 65 faiz artırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bu ölkəyə neft ixracını 65 faiz artırdı

Bu ilin yanvar-mart aylarında Azərbaycan Bolqarıstana 130,8 min tondan çox xam neft və neft məhsulları ixrac edib ki, bu da ölkənin ümumi neft ixracının 2,57%-ni təşkil edir.

Axar.az Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Bolqarıstana ixracın həcmi illik müqayisədə 65,05% (51,56 min ton) artıb.

Bu dövrdə ixracın dəyəri 67,86 milyon ABŞ dollarına çatıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,71% (19,63 milyon ABŞ dolları) artım nümayiş etdirib.

Ümumilikdə 2026-cı ilin birinci rübündə Azərbaycan 5,077 milyon ton neft və neft məhsulları ixrac edib. Bu, bir il əvvəlki dövrün göstəricisinə (6,011 milyon ton) nisbətən 15,53% azdır. İxracın dəyəri 2,5 milyard ABŞ dollarını ötüb. Bu, 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 25,05% (835,94 milyon ABŞ dolları) azdır.

2025-ci ildə Bolqarıstana 92,288 milyon ABŞ dolları dəyərində 165,525 min ton Azərbaycan nefti və neft məhsulları tədarük edilib.

Tarix
2026.04.18 / 19:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla