Yuxarı

Pulumuzun neçə faizi ərzağa xərclənir?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pulumuzun neçə faizi ərzağa xərclənir?

2026-cı ilin ilk rübündə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 927 milyon manatlıq mal satılıb. Bu, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 3.7 faiz artım deməkdir.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

"Bəs, pulumuzu daha çox nəyə xərcləyirik? Həmin müddətdə istehlakçılara 8 milyard 774 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7 milyard 152 milyon manatlıq isə qeyri-ərzaq malları satılıb. Bu ilin ilk rübünbdə istehlakda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə isə 6,6 faiz artım qeydə alınıb. Bu o deməkdir ki, istehlakçılar pullarının 55 faizini ərzaq məhsullarının alınmasına xərcləyir.

İki istiqamətdə xərcləmələrdə kəskin artımlar müşahidə edilib. İstehlak kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarında 32.6, əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə isə 25.4 faiz artıb. Dərman peraparatlarının istehlakında artımlar tələb ilə yanaşı; qiymətin də yüksəlməsi ilə əlaqədardır", - o əlavə edib.

Tarix
2026.04.20 / 09:52
Müəllif
Namiq Atamalıyev
Digər xəbərlər

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla