Yuxarı

Azərbaycan Monteneqroda istirahət mərkəzi tikir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monteneqroda Azərbaycan kapitalının iştirakı ilə istirahət mərkəzinin inşasına dair layihənin icrasına start verilib.

"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, layihəyə əsasən, Monteneqroda yerləşən keçmiş Kumbordakı hərbi-dəniz bazası söküləcək, yerində dəniz istirahət mərkəzi yaradılacaq.

Ümumi dəyəri 500 milyon avro həcmində olan layihədə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və "Azmont İnvestments" şirkəti iştirak edir. Layihə 2016-cı ilədək başa çatdırılmalıdır. Layihənin icrası zamanı 6500 nəfər müvəqqəti, 1200 nəfər isə daimi işlə təmin ediləcək.

Layihə barədə fikirlərini bildirən Monteneqronun baş naziri Milo Cukanoviç deyib ki, layihə onun ölkəsi üçün böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, 2012-ci ilin iyul ayında ARDNŞ və Monteneqro hökuməti arasında Kumbordakı "Orijen Battalion" kazarmalarının uzunmüddətli icarəsi haqqında müqavilə imzalanıb. Sazişi Monteneqronun paytaxtı Podqoritsa şəhərində ARDNŞ-ın adından "Ataholdinq" ASC-nin Müşahidə Şurasının üzvü Qafar Qurbanov və bu ölkənin dayanıqlı inkişaf və turizm naziri Predraq Sekuliç imzalayıb.

90 il müddətinə bağlanmış müqavilə kazarmaların turizm kurortuna çevrilməsini nəzərdə tutur. Sazişin şərtlərinə əsasən, Azərbaycan tərəfi kurortun inkişafı üçün icarənin ilk 4 ilində 52 mln. avro, ilk 8 ilində isə 258 mln. avro sərmayə qoymağı öhdəsinə götürüb. 45 illik icarə haqqı əvvəlcədən ödəniləcək. İcarə haqqı ərazinin 1 kv. metri üçün 1 avro və gəlirin 5%-i olaraq hesablanacaq. Kurortun inkişafı üçün yekun investisiya planı ərazinin öyrənilməsi haqqında sənədin qəbulundan sonra təsdiqlənəcək.

Həmin vaxt açıqlama verən ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, şirkətin Monteneqroda turizm layihəsi üzrə tenderə qatılması şirkətin planları deyil və Azərbaycanın turizm şirkətlərinə dəstək göstərilməsi məqsədi daşıyır. Onun sözlərinə görə, Azərbaycanın bəzi turizm şirkətləri həmin layihədə tenderə qatılmaq istəsələr də, imkanları tenderdə qoyulan tələblərə cavab verməyib: "Ona görə də ARDNŞ Azərbaycanın ən böyük şirkəti və iqtisadiyyatının lokomotivi olaraq, eləcə də beynəlxalq səviyyədə layihələr həyata keçirən və Avropada tanınan şirkət olaraq Azərbaycanın turizm şirkətlərinə dəstək məqsədilə bu tenderə qatılıb".

R.Abdullayev qeyd edib ki, ARDNŞ bu layihəyə investisiya qoymaq niyyətində deyil və belə planları da yoxdur: "Məqsəd Azərbaycanın turizm şirkətlərinə təşkilati və hüquqi dəstək göstərməkdir. Layihənin idarə olunması ilə Azərbaycanın turizm şirkətləri məşğul olacaq. ARDNŞ-ın hotel biznesi ilə məşğul olmaq planları yoxdur".

Tarix
2014.03.06 / 10:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla