Yuxarı

Azərbaycandan Bolqarıstana neft ixracı kəskin artdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandan Bolqarıstana neft ixracı kəskin artdı

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Bolqarıstana 67,9 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 130,8 min ton neft və neft məhsulları ixrac olunub.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu göstərici 2025-ci ilin müvafiq dövründə qeydə alınmış göstərici ilə müqayisədə dəyər ifadəsində 19,7 milyon ABŞ dolları və ya 40,9 faiz, fiziki həcm baxımından isə 51,5 min ton və ya 64,9 faiz çoxdur.

Ötən ilin yanvar-mart aylarında Azərbaycandan Bolqarıstana 48,2 milyon ABŞ dolları dəyərindən bitumlu süxurlardan əldə edilmiş 79,3 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

Qeyd edək ki, yanvar–mart aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixrac edilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1%, fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azdır.

Tarix
2026.04.22 / 01:38
Müəllif
Axar.az
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla