Yuxarı

Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…

Azərbaycanda sosial təminat göstəricilərinin mövcud vəziyyəti açıqlanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, hazırda orta pensiyanın məbləği 594 manatdır. Onun sözlərinə görə, yaşa görə orta pensiya isə 632 manat təşkil edir.

Orta pensiya məbləği artırıla bilərmi?

Axar.az xəbər verir ki, iqtisadçı Xalid Kərimli Globalinfo.az-a göstəricilərin Azərbaycanın mövcud iqtisadi və sosial vəziyyətini əks etdirdiyini bildirib:

“Orta pensiyanın məbləğini birbaşa artırmaqla bağlı ayrıca qərar yoxdur. Orta pensiya, ümumi pensiya məbləğinin təqaüdçülərin sayına bölünməsi ilə hesablanır. Pensiyaların artması üçün əsas şərt əmək haqlarının yüksəlməsidir. Çünki Azərbaycanda pensiya sistemi əməkhaqqına bağlıdır və pensiya kapitalında toplanan vəsait əsasında formalaşır. Vətəndaşlar “myGov” tətbiqi vasitəsilə öz pensiya kapitalına yığılan məbləği izləyə bilərlər. Əməkhaqqı nə qədər yüksək olarsa, pensiya kapitalına yığılan vəsait də bir o qədər artır və nəticədə daha yüksək pensiya almaq imkanı yaranır”, - o deyib.

İqtisadçı bildirib ki, orta pensiyanın artması birbaşa ölkədə iqtisadi inkişaf, ümumi əməkhaqqı səviyyəsindən, xüsusilə qeyri-neft sektorundakı maaşlardan asılıdır:

“İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, yeni iş yerlərinin açılması və əmək bazarında tələbin yüksəlməsi maaşların artımına, bu isə öz növbəsində pensiyaların yüksəlməsinə gətirib çıxarır. Minimum pensiyanın artırılması da müəyyən təsir göstərir. Minimum pensiyalarla bağlı məsələyə hökumət iki ildən bir baxır. Yəqin ki, ilin sonunda bu məsələ yenidən qiymətləndiriləcək və mövcud vəziyyətə uyğunlaşdırılacaq. Lakin ümumilikdə orta pensiyanın artımı üçün əsas amil əməkhaqqının yüksəlməsidir”.

Tarix
2026.04.23 / 10:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla