Yuxarı

Ölkəmizin valyuta ehtiyatları 90 milyard dolları ötəcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizin valyuta ehtiyatları 90 milyard dolları ötəcək

Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 90,444 milyard ABŞ dollarına çatacaq.

Bu barədə Axar.az IMF-nin məlumatlarına istinadən xəbər verir.

Bu zaman Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 14,392 milyard ABŞ dolları, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri isə 76,052 milyard ABŞ dolları təşkil edəcək.

IMF-nin qiymətləndirmələrinə görə, 2027-ci ildə strateji valyuta ehtiyatları 92,98 milyard ABŞ dollarına çatacaq (illik +2,8%), burada AMB-nin payına 15,079 milyard ABŞ dolları, ARDNF-in payına isə 77,901 milyard ABŞ dolları düşür. 2028-ci ildə bu göstəricilərin müvafiq olaraq 93,333 milyard ABŞ dolları (+0,39%), 14,164 milyard ABŞ dolları, 79,169 milyard ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılır.

2029-cu ildə strateji valyuta ehtiyatları 93,75 milyard dollar səviyyəsinə (illik +0,45%), AMB-nin ehtiyatları 13,125 milyard, ARDNF-in aktivləri 80,625 milyard dollara çatacaq, 2030-cu ildə müvafiq olaraq - 94,032 milyard dollar (+0,3%), AMB - 11,734 milyard dollar, ARDNF - 82,298 milyard dollar, 2031-ci ildə isə müvafiq olaraq - 93,896 milyard dollar (-0,14%), AMB - 9,66 milyard dollar, ARDNF - 84,236 milyard dollar təşkil edəcək.

Tarix
2026.04.30 / 18:22
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla