Yuxarı

Bankların “qara siyahı”sından necə çıxmaq olar?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bankların “qara siyahı”sından necə çıxmaq olar?

Bankların kredit verməkdən imtina etdiyi halların əsas səbəbi kredit bürosunda toplanan məlumatlardır. Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Kredit Bürosu bütün maliyyə öhdəliklərini qeydə alır və vətəndaşların kredit tarixçəsi məhz bu məlumatlar əsasında formalaşır. “Qara siyahı” isə rəsmi termin deyil, sadəcə, mənfi kredit tarixçəsini ifadə edən anlayışdır.

Bu sözləri Axar.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

O bildirib ki, vətəndaşlar bir neçə halda mənfi kredit tarixçəsinə düşür:

“Ödənişlər 30 gündən çox gecikdirildikdə, borc ümumiyyətlə ödənilmədikdə, kredit üzrə məhkəmə prosesi başladıldıqda və ya zamin durulan şəxs öhdəliyini yerinə yetirmədikdə bu hallar qeydə alınır. Gecikmə nə qədər uzun və məbləğ nə qədər böyük olarsa, tarixçədəki qeyd bir o qədər ağır sayılır.

Borcun tam ödənilməsi həmin qeydlərin silinməsi demək deyil. Borc bağlandıqdan sonra sistemdə ‘ödənildi’ qeydi əlavə olunur, lakin ‘vaxtında ödənilmədi’ məlumatı qalır və bu iki qeyd birlikdə görünür”.

A.Nəsirli qeyd edib ki, mənfi kredit qeydləri qanunvericiliyə əsasən 5 il müddətində saxlanılır:

“Bu müddət son gecikmə tarixindən hesablanır. Praktikada isə banklar çox zaman həmin 5 il tamamlanana qədər kredit verməkdən çəkinir, bəzi hallarda isə müddət bitdikdən sonra belə, ilk mərhələdə kiçik məbləğli kreditlərlə başlayırlar.

Bu vəziyyətdən çıxmaq üçün ilk növbədə bütün borclar, cərimələr və faizlər tam ödənilməlidir. Daha sonra kiçik məbləğli kredit götürüb onu vaxtında ödəməklə müsbət tarixçə formalaşdırmaq mümkündür. Bəzi banklar yüksək faizlə də olsa riskli müştərilərə şans verir. Eyni zamanda zaman faktoru da önəmlidir, çünki 5 il tamam olduqdan sonra mənfi qeydlər silinir.

Vətəndaşlar öz kredit tarixçələrini Azərbaycan Kredit Bürosunun rəsmi resursları vasitəsilə yoxlaya bilərlər. Hər kəs ildə bir dəfə pulsuz kredit hesabatı əldə etmək hüququna malikdir və məlumatlarda səhv olduqda, müvafiq sənədlərlə müraciət edilərək düzəliş aparılması mümkündür”.

Tarix
2026.05.01 / 07:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla