Yuxarı

Təcili tədbirlər görməsələr, bu mağazalar bağlanacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təcili tədbirlər görməsələr, bu mağazalar bağlanacaq

Dünya təcrübəsində də ənənəvi ticarət tədricən zəifləyir və yerini getdikcə daha çox onlayn ticarətə verir. Son 10–15 ildə bu tendensiya daha da güclənib. İstehlakçılar artıq onlayn alış-verişə üstünlük verir və bu da mağazaların dövriyyəsinin azalmasına səbəb olur.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli onlayn və ticarət arasında rəqabət məsələsindən danışarkən deyib.

O bildirib ki, bu prosesə qarşı çıxmaq yox, uyğunlaşmaq daha düzgün yanaşmadır:

“Əsas məsələ müştəri məmnuniyyətidir. Əgər vətəndaş onlayn mühitdə daha ucuz və keyfiyyətli məhsul əldə edə bilirsə, bu sahənin inkişafı qaçılmazdır və dəstəklənməlidir.

Həmçinin fiziki mağazaların saxlanılması ciddi xərclər tələb edir. İcarə, kommunal xərclər və digər əməliyyat yükü ənənəvi ticarəti daha baha edir. Bu səbəbdən gələcəkdə bir çox mağazanın ya bağlanması, ya da xidmət və əyləncə mərkəzlərinə çevrilməsi mümkündür. Azərbaycan sahibkarları da bu dəyişikliklərə hazır olmalıdır. Ənənəvi ticarətlə məşğul olanlar onlayn platformalara inteqrasiya etməli, satışlarını internet üzərindən qurmağı bacarmalıdırlar. Bu, həm xərcləri azaldacaq, həm də müştəriyə daha rahat xidmət imkanı yaradacaq”.

Ekspert vurğulayıb ki, bəzi sahələrdə fiziki mağazalara ehtiyac qalacaq:

“Məsələn, bəzən geyim və ayaqqabı alışında müştərilər məhsulu sınaqdan keçirmək istəyir. Bu baxımdan butik tipli mağazaların bir qismi fəaliyyətini davam etdirəcək.

Nəticə etibarilə, ənənəvi ticarətçilər fəaliyyətlərini optimallaşdırmalı və rəqəmsal platformalara keçidi sürətləndirməlidir.Əks halda, bazarda rəqabət daha da sərtləşəcək və mağazaların bağlanması halları artacaq. Qeyd edim ki, artıq bir çox sahibkar bu istiqamətdə addımlar atmağa başlayıb”.

Tarix
2026.05.01 / 08:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla