Yuxarı

Azərbaycan Özbəkistanla birgə qızıl çıxaracaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Özbəkistanla birgə qızıl çıxaracaq

Özbəkistan və Azərbaycan ilin sonuna qədər qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə başlamaq barədə qərar verəcəklər.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Özbəkistanın mədən və geologiya nazirinin müavini Ural Yusupov Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 59-cu illik iclasında məlumat verib.

"Biz Özbəkistan Respublikasında geoloji kəşfiyyat işləri üzrə Azərbaycanın "AzerGold" şirkəti ilə fəal əməkdaşlığa başlamışıq. Hazırda sənədləri nəzərdən keçiririk. İnanıram ki, ilin sonuna qədər qiymətli metal yataqlarının (qızıl və gümüş) birgə kəşfiyyatı barədə qərar qəbul edəcəyik. Həmçinin tərəfdaşlarımıza vacib metalların çıxarılması layihələrini nəzərdən keçirməyi təklif etmişik.

Hazırda Qaşqadərya və Surxandərya vilayətlərində, eləcə də Qaraqalpaqstan Respublikasında və Cizzax bölgəsindəki vacib yataqlarda qiymətli metal yataqlarının (qızıl və gümüş – red.) potensialını araşdırırıq", - nazir müavini bildirib.

Tarix
2026.05.03 / 18:05
Müəllif
Axar.az
Digər xəbərlər

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla