Yuxarı

Kredit faizləri artıb? - Video

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kredit faizləri artıb? - Video

Azərbaycanda kredit faizlərinin formalaşmasında əsas amil banklara yerləşdirilən depozitlərin faiz göstəriciləridir. Bu da onu deməyə əsas verir ki, depozitlərin faizləri azaldıqda kreditlərin faizləri də azalmalı, əks halda isə artmalıdır.

Axar.az xəbər verir ki bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Lakin maraqlıdır ki, rəsmi məlumatlar bunun əksini göstərir. Belə ki, Mərkəzi Bankın məlumatına görə, 2025-ci ilin sonu ilə müqayisədə 2026-cı ilin birinci rübünün yekununda banklarda manatla olan depozit və əmanətlərin faizləri orta hesabla 9.4 faiz olaraq sabit qalıb. O cümlədən, fiziki şəxslərin əmanət faizləri orta hesabla 10.3%-dən 10.2%-ə enib. Kreditlərin faizləri isə sözügedən dövrdə orta hesabla 15.4 faizdən 15.6 faizə yüksəlib. Kredit faizlərindəki artım təkcə rüblük yox, illik müqayisədə də müşahidə olunub.

İqtisadçı Ruslan Atakişiyev məsələni belə şərh edib:

"Daha çox müştəriyə çıxış riskli müştərilərə doğru hərəkəti artırır. Nəticədə risklərin artma ehtimalı yaranır. Nəticədə həmin risklərin qarşılanması və idarə olunması üçün faiz dərəcələrində artım baş verir".

İqtisadçı Eyyub Kərimli isə bankların depozit faizlərini, endirimlərini əsasən vəsaitə tələbatın azalması ilə izah edir:

"Depozit faizlərinin azalması əsasən banklarda likvidliyin kifayət qədər yüksək olması ilə əlaqədar ola bilər. Belə ki, artıq likvidliyin yüksək olması ilə əlaqədar banklar əhalidən depozitin qəbul edilməsində az maraqlı olurlar".

Tarix
2026.05.03 / 23:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla