Yuxarı

Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı

Baza ssenarisinə əsasən, cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır.

Bu barədə Axar.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Qeyd edilib ki, AMB-nin baza ssenarisi üzrə may proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.9%, 2027-ci ildə isə 4.5% olacağı gözlənilir.

İnflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən xarici mənşəli xərc amillərinin fəallaşmasından irəli gəlir. Bu amillərə qlobal ərzaq qiymətlərinin artım tempinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin aktivləşməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin səngiməsi aiddir. Tələb amillərinin fevral proqnozu ilə müqayisədə zəifləməsi təklif amillərinin inflyasiyaya artırıcı təsirini qismən neytrallaşdırıb. Ümumilikdə, may proqnozuna görə, inflyasiyanın əhəmiyyətli hissəsinin təklif amilləri hesabına formalaşacağı gözlənilir.

Vurğulanıb ki, ötən iclasdan bəri artan geosiyasi gərginlik inflyasiyanın risklər balansında xarici amillərin rolunu yüksəldib. Yaxın Şərqdə baş verən münaqişə təchizat zəncirlərində maneələr yaratmaqla nəqliyyat və sığorta xərclərinin yüksəlməsinə, eyni zamanda qlobal enerji bazarlarında artan istiqamətdə qiymət dəyişkənliyinin güclənməsinə səbəb olub. İlin qalan dövründə bu proseslərin davam etməsi ticarət tərəfdaşlarında inflyasiyanın dinamikasını müəyyən edən əsas amil olacaqdır. Məlumat üçün qeyd edək ki, cari il üzrə beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən qlobal inflyasiya proqnozları da artım istiqamətində dəyişdirilib. Növbəti dövrlərdə idxal inflyasiyasının miqyası ticarət tərəfdaşlarındakı inflyasiya ilə yanaşı nominal effektiv məzənnənin dinamikasından da asılı olacaqdır. İnflyasiya gözləntilərinin istehlakı ehtimal olunandan daha çox artırması isə başlıca daxili risk faktorlarındandır.

Tarix
2026.05.06 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Məhəmməd Əl-Casirlə görüşdü

İtaliya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla