Yuxarı

Azərbaycan yeni modelə keçir - Onların marağı üzərində...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan yeni modelə keçir - Onların marağı üzərində...

Ötən gün Mərkəzi Bankının sədri hörmətli Taleh Kazımov bir qrup iqtisadçını növbəti dəfə görüşə dəvət etmişdi. Belə diskussiyalar artıq çox yaxşı bir ənənəyə çevrilir. Taleh müəllimə dəvətə və açıq müzakirələrə görə təşəkkür edirəm.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli qeyd edib.

O bildirib ki, müzakirələrdə bir neçə məsələni qaldırıb:

“Mən dövlət qurumlarına onlayn cərimə və digər ödənişlər edərkən rüsum tutulmasının doğru olmadığını söylədim. Taleh müəllim söz verdi ki, bu məsələ ilə ciddi məşğul olacaq – doğrudan da, məsələn, qaydanı pozursan, 10 manat cərimə gəlir, tez ödəyəndə 10% endirim var, yəni 9 manat ödəmək lazımdır, amma ödəniş edərkən 40 qəpik xidmət haqqı tutulur. Bu, düzgün və ədalətli yanaşma deyil.

Digər sualım iqtisadiyyatımızın vəziyyəti haqqında idi – doğrudur, iqtisadi aktivlik birbaşa Mərkəzi Bankın mandatına aid deyil, ona görə də sualım vacib dövlət institutu olan Mərkəzi Bankın hökumətin iqtisadi siyasətinə baxışı barədə idi. Məlumdur ki, iqtisadiyyatımız 1-cü rüb daralıb, aktivlik azalıb, biznes önünü görmür və iqtisadiyyat naziri də bu günlərdə bəyan etdi ki, Azərbaycan artıq yeni iqtisadi modelə keçir.

Qeyd etdim ki, biz hələ köhnə modelin nə olduğunu bilmirdik, adı qoyulmamışdı, bəs bu yeni model necə olacaq?! Taleh müəllim dövlət-hökumət orqanlarında bu məsələ ilə bağlı ciddi diskussiya olduğunu söylədi və dedi ki, yeni yanaşma kiçik-orta sahibkarların və investorların marağı üzərində inşa olunacaq. İnşallah, təki elə olsun!”

Tarix
2026.05.07 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla