Yuxarı

BVF Bakı neftinin qiyməti ilə bağlı proqnozunu kəskin artırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
BVF Bakı neftinin qiyməti ilə bağlı proqnozunu kəskin artırdı

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan neftinin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, BVF-nin fevral ayında dərc olunan missiya bəyanatında 2026-cı il üçün Azərbaycan neftinin orta qiyməti 66,7 ABŞ dolları səviyyəsində proqnozlaşdırılıb.

Aprelin sonunda İcraçı Şuranın təsdiqlədiyi yekun hesabatda isə bu göstərici 84,2 ABŞ dollarına yüksəldilib. Beləliklə, 2026-cı il üzrə proqnoz 17,5 ABŞ dolları və ya 26,2% artırılıb.

Fond 2027-ci il üzrə proqnozu 64,9 dollardan 78 dollara, 2028-ci il üzrə 65,4 dollardan 76,2 dollara, 2029-cu il üzrə 66,4 dollardan 75,9 dollara, 2030-cu il üzrə 67,2 dollardan 75,7 dollara, 2031-ci il üzrə isə 68,5 dollardan 77,2 dollara yüksəldib.

BVF qeyd edib ki, qiymət fərziyyələri Dünya İqtisadi Proqnozu (WEO) üzrə baza ssenarisinə və hər barrel üçün əlavə 2-3 ABŞ dolları premiuma əsaslanır. Bu premium Azərbaycanın əsas ixrac markası olan “Azəri Layt" neftinin "Brent" markasından adətən daha yüksək qiymətə satılmasını əks etdirir.

Proqnozların kəskin artırılması qlobal neft bazarında Yaxın Şərqdə geosiyasi risklərin güclənməsi və xüsusilə Hörmüz boğazı ətrafında yaranan qeyri-müəyyənlik fonunda BVF-nin beynəlxalq neft qiyməti gözləntilərini yenidən nəzərdən keçirməsi ilə bağlıdır.

Tarix
2026.05.11 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla