Yuxarı

Türkiyədə inflyasiya sürətlənir - Bizə də təsir edəcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə inflyasiya sürətlənir - Bizə də təsir edəcək

Türkiyə enerji idxalçısı ölkəsidir, həm qaz, həm də neft alır. Regiondakı müharibə isə enerji qiymətlərinə ciddi təsir göstərdi.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli ABŞ-İran qarşıdurması, Yaxın Şərqdə artan gərginlik və Hörmüz boğazında baş verən proseslərin Türkiyə iqtisadiyyatına təsirindən danışarkən deyib.

O bildirib ki, müharibə başlamazdan əvvəl 55-60 dollar civarında olan neft qiymətləri 50 dollardan da aşağı düşə bilərdi:

“Amma hazırda gərginlik səbəbindən neftin qiyməti 105-110 dollar səviyyəsindədir. Bu da o deməkdir ki, Türkiyənin həcm baxımından eyni qalan idxalı dəyər baxımından təxminən iki dəfə bahalaşıb. Eyni proses qaz qiymətlərində də müşahidə olunur. Bu vəziyyət Türkiyənin tədiyyə balansına ciddi təzyiq yaradır. Yaxın Şərqlə bağlı proseslər və xüsusilə Hörmüz boğazında baş verən hadisələr bütün dünyaya təsir edir, Türkiyə də bundan kənarda qalmır. Amma Türkiyədə neft və qaz təchizatında defisit yaranmayacaq. Çünki ölkənin Aralıq dənizinə çıxışı var və Aralıq dənizi enerji ticarətinin əsas məkanlarından biridir. Sadəcə olaraq, enerji bütün ölkələr üçün baha başa gəlir”.

X.Kərimli hesab edir ki, enerji və idxal xərclərinin artması Türkiyədə inflyasiyanı daha da sürətləndirə bilər:

“Bu proses Türkiyədə inflyasiyanın artmasına, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsinə və türk məhsullarının bahalaşmasına gətirib çıxaracaq. Türkiyədə qiymətlər artdıqca, Azərbaycan da oradan idxal etdiyi məhsulları daha baha alacaq”.

Tarix
2026.05.14 / 16:51
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla