Yuxarı

Zənginlər dollardan imtina edir - Səbəb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zənginlər dollardan imtina edir - Səbəb

Geosiyasi qeyri-müəyyənlik və ABŞ dövlət borcunun artması fonunda dünyanın ən varlı ailələri Amerika dollarına yatırımlarını azaldır. Ailə ofislərinin böyük hissəsi yaxın bir ildə dolların dünya ehtiyat valyutası kimi mövqeyinə etimadın zəifləyəcəyini gözləyir.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi İsveçrənin UBS bankının araşdırmasına istinadən məlumat yayıb.

Sorğuya əsasən, ailə ofislərinin təxminən üçdə ikisi yaxın bir il ərzində Amerika valyutasına dünya ehtiyat aktivi kimi etimadın zəifləyəcəyini düşünür. Respondentlərin təxminən yarısı investisiya portfellərinin dollar valyutasından həddindən artıq asılı olduğunu hesab edir.

Sorğuda iştirak edənlərin dörddə birindən çoxu artıq dollar aktivlərinə yatırımları azaltdıqlarını və ya bunu planlaşdırdıqlarını bildirib.

Sorğu 2026-cı il yanvarın 22-dən martın 30-dək aparılıb. Bu, dolların məzənnə dinamikasına görə bir çox digər valyutaları qabaqlamağa başlamasından əvvəlki dövrə təsadüf edib.

Eyni zamanda dünyanın varlı ailələri alternativ investisiyalara yüksək maraq göstərməkdə davam edir. Xüsusilə ailə ofisləri özəl kapitala, infrastruktur layihələrinə və daşınmaz əmlaka yatırımları artırırlar.

Hesabatda həmçinin qeyd olunur ki, investorlar aktivlərin regional diversifikasiyasını daha diqqətlə qiymətləndirir və ayrı-ayrı valyuta və bazarlardan asılılığı azaltmaq yollarını axtarırlar.

Tarix
2026.05.30 / 10:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla