Yuxarı

Azərbaycan-Ukrayna komissiyasının iclası keçiriləcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan-Ukrayna komissiyasının iclası keçiriləcək

Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının növbəti iclası bu ilin payızında Ukraynada keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın baş nazir müavini, energetika naziri Denis Şmıqal Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşün yekunlarına dair X sosial şəbəkəsində yazıb.

"Gündəlikdəki məsələlər arasında bərə daşımalarının inkişafı, ərzaq məhsulları ticarətinin genişləndirilməsi, təhsil və elm sahəsində əməkdaşlıq, innovasiya və texnologiyaların birgə inkişafı yer alır", - məlumatda bildirilib.

Şmıqal qeyd edib ki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında energetika sahəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi müzakirə olunub.

Tərəflər, həmçinin enerji daşıyıcılarının nəqli marşrutlarının, o cümlədən Ukrayna infrastrukturundan istifadə etməklə Avropa İttifaqı ölkələrinə doğru inkişaf perspektivlərini nəzərdən keçiriblər.

Baş nazirin müavininin sözlərinə görə, ötən il Azərbaycan qazının Ukraynaya sınaq məqsədli tədarükü regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün Trans-Balkan marşrutunun potensialını təsdiqləyib.

"Həmçinin Rusiya hücumları nəticəsində zədələnmiş Ukrayna enerji infrastrukturunun bərpası və dayanıqlığının artırılması məsələlərini müzakirə etdik. Azərbaycan biznesi Ukrayna layihələrinə sərmayə qoymağa hazırdır. Biz ona hərtərəfli dəstək göstərməyə hazırıq", - o qeyd edib.

Şmıqal həmçinin ölkənin enerji sektoruna verdiyi dəstəyə və göstərilən humanitar yardıma görə Azərbaycana minnətdarlığını bildirib.

"Təqdim edilən avadanlıq və humanitar yardım bizə ən çətin dövrləri arxada qoymağa kömək etdi", - o yazıb.

Tarix
2026.06.03 / 18:46
Müəllif
Axar.az
Digər xəbərlər

Saakaşvilidən ermənilərə müraciət: Seçim edin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

Keçmiş məcburi köçkünlərlə bağlı dəyişiklik: nələr olacaq?

Bakılı qadın Rusiyada nazir postuna gətirildi

Azərbaycan “kənd mübadiləsinə” getməyəcək – Səbəb

Azərbaycan Rusiya və İranla buna dair razılıq əldə etdi

Gəncəvinin büstünün üstü bağlandı - Video

Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla