Yuxarı

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

2026-cı ilin yanvar–may aylarında dövlət büdcəsinin icrası və xəzinə əməliyyatlarının idarə edilməsi sahəsində yüksək nəticələr əldə olunub.

Bu barədə Axar.az-a Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 501 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.

Cari ilin yanvar-may ayları ərzində dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat təşkil edib ki, bu da proqnozu 265 milyon manat və ya 1.6 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 7 825,3 milyon manat təşkil edərək proqnozdan 130,3 milyon manat və ya 1.7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 534 milyon manat təşkil edərək proqnozdan 10 milyon manat və ya 0.4 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 22,2 milyon manat təşkil edərək proqnozdan 2,6 milyon manat və ya 13.3 faiz, sair daxilolmalar 352,4 milyon manat təşkil edərək proqnozdan 227,4 milyon manat və ya 181.8 faiz çox, Dövlət Neft Fondundan transfert isə 5 milyard 350 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 281,8 milyon manat təşkil edərək proqnoza qarşı 72.8 faiz icra olunub.

Yanvar-may ayları ərzində dövlət büdcəsinin xərcləri 13 milyard 852,7 milyon manat proqnoza qarşı 13 milyard 375,2 milyon manat məbləğində icra edilib ki, bu da 96.6 faiz təşkil edir.

2026-cı ilin yanvar-may ayları ərzində icmal büdcənin gəlirləri 19 milyard 865,3 milyon manat, xərcləri isə 15 milyard 611,5 milyon manat məbləğində icra edilib.

Tarix
2026.06.08 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla