Yuxarı

1000-ə yaxın saxta pul nişanı dövriyyədən çıxarıldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
1000-ə yaxın saxta pul nişanı dövriyyədən çıxarıldı

2025-ci ildə Azərbaycan Mərkəzi Bankı milli valyutada 440 ədəd (39 min manat) saxta pul nişanı, xarici valyutada isə 550 ədəd saxtakarlıq əlamətləri müəyyən edilmiş pul nişanı (ümumilikdə 990 ədəd) aşkarlayaraq tədavüldən çıxarıb və müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edb.

Axar.az xəbər verir ki. bu barədə AMB-nin illik idarəetmə hesabatında bildirilib.

Məlumata görə, əhalidə olan yararsız pul nişanlarının ekspertizaya qəbul edilməsi və dəyişdirilməsi məqsədilə Bakı şəhərində və ərazi idarələrində yaradılmış nağd pul ofisləri fəaliyyətini davam etdirib. İl ərzində əhalidən 2,63 milyon manat (43,6 min ədəd) pul nişanı qəbul edilərək dəyişdirilib.

Bundan başqa, hesabat ilində dövriyyədən 4,5 milyard manat pul nişanı mədaxil edilib, 6,6 milyard manat pul nişanı isə məxaric olunub. Tədavüldə nağd pul kütləsi ilin əvvəli ilə müqayisədə 12,1% (2,1 milyard manat) artaraq ilin sonuna 19,6 milyard manat təşkil edib. 2025-ci ilin son iş gününə milli valyuta üzrə ehtiyatlar 7,1 milyard manat olub ki, bu da iqtisadiyyatın 2026-cı ilin sonuna qədər tələbatının ümumilikdə ödənilməsi üçün yetərlidir.

Bütövlükdə ölkə iqtisadiyyatının ayrı-ayrı nominallar üzrə nağd pula olan tələbatının ödənilməsi, milli valyuta üzrə ehtiyatların optimal və təhlükəsiz idarə olunması, tədavülün yüksək keyfiyyətli pul nişanları ilə təmin edilməsi kimi prioritetlər diqqət mərkəzində saxlanılıb.

Tarix
2026.06.12 / 17:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla