Yuxarı

Bakıda keçirilən iclasda tarixi qərar...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda keçirilən iclasda tarixi qərar...

İslam İnkişaf Bankının (İİB) Bakıda keçirilən İcraçı Direktorlar Şurasının 367-ci iclasında ümumi dəyəri 2.8 milyard ABŞ dolları olan inkişaf maliyyələşdirmə paketi təsdiqlənib.

Axar.az İİB-yə istinadən xəbər verir ki, ayrılan vəsait nəqliyyat, enerji, kənd təsərrüfatı və iqlim dayanıqlılığı sahələrində həyata keçiriləcək layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Təsdiqlənən layihələr sırasında Uqandada standart ölçülü dəmir yolunun tikintisi üçün 650.75 milyon avro, Türkiyədə İstanbul Şimal Dəmir Yolu Keçidi Layihəsi üçün 660.35 milyon avro və Banqladeşdə neft emalı zavodunun modernləşdirilməsi məqsədilə 1 milyard dollardan çox vəsaitin ayrılması yer alır.

Bundan əlavə, maliyyələşdirmə paketinə Nigeriyada günəş enerjisinin inkişafı, Fələstində günəş elektrik stansiyalarının tikintisi, Kot-d'İvuarda elektrik infrastrukturunun gücləndirilməsi, Tacikistanda yol infrastrukturunun bərpası, eləcə də Qambiya və Benində kənd təsərrüfatı layihələrinin dəstəklənməsi daxildir.

Bildirilib ki, ayrılan vəsaitlər regional inteqrasiyanın gücləndirilməsinə, enerji təhlükəsizliyinin artırılmasına, ərzaq təminatının yaxşılaşdırılmasına və davamlı iqtisadi inkişafın dəstəklənməsinə xidmət edəcək.

Tarix
2026.06.16 / 21:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla