Yuxarı

Neft sürətlə ucuzlaşır, qızıl bahalaşır - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft sürətlə ucuzlaşır, qızıl bahalaşır - Ekspert

ABŞ və İran, deyəsən, anlaşdılar, hər tərəf özünü qalib elan edir, bu da gözlənilən idi. Əgər İsrail anlaşmanı pozmağa cəhd etməsə, bu həftə imzalar atılacaq.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

“Neft artıq ucuzlaşır (hazırda “Brent” markalı neft 78,6 dollara düşüb, halbuki bu gün səhər 83 dollar idi - red.), qızılın unsiyası isə ötən gün 4330 dollara qalxıb – anlaşma rəsmiləşəndə neft 75 dollara qədər ucuzlaşacaq, qızılın qiyməti isə 4500 dolları keçəcək. Anlaşma qalıcı olandan sonra isə neft daha da ucuzlaşacaq, qızıl isə bir az da bahalaşacaq.

ABŞ İran neftinə investisiya və iqtisadi yollarla şərik olur. İrana böyük investisiyalar gəlsə (təqribən, 300 mlrd. dollar investisiya müqavilələri olacaq), ölkə daha çox açılmağa məcbur olacaq, açıldıqca, daha çox dəyişəcək. Yəni İranda sistemin adı dəyişməsə də, mahiyyəti sürətlə dəyişəcək. Hörmüzdə İran-Oman (oxu – ABŞ) birgə nəzarət mexanizmi yaranacaq.

Ən pis sülh ən yaxşı müharibədən karlıdır, hamı üçün, bir tək hər iki tərəfdə uydurulmuş tarixi, dini mifləri istismar edərək hakimiyyətlərinin ömrünü uzatmaq istəyənlərədən başqa”, - ekspert vurğulayıb.

Qeyd edək ki, ABŞ və İran arasında razılaşdırılmış sazişin 19 iyunda İsveçrədə imzalanacağı gözlənilir.

Tarix
2026.06.16 / 21:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla