Yuxarı

Qızıl və digər qiymətli metallar ucuzlaşdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qızıl və digər qiymətli metallar ucuzlaşdı

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının əksəriyyətində eniş qeydə alınıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın qiyməti 73 dollar və ya 1,72% azalaraq bir unsiya üçün 4 172,9 dollara düşüb. Spot qızılın qiyməti isə 54,26 dollar və ya 1,29% geriləyərək 4 155,71 dollar olub.

Gümüş də ucuzlaşıb. COMEX-də sentyabr fyuçersləri üzrə gümüşün qiyməti 1,42 dollar və ya 2,13% azalaraq 65,38 dollara enib.

Sənaye metalları arasında misin qiyməti 4,80 sent və ya 0,74% azalaraq bir funt üçün 6,4 dollar təşkil edib.

Platin bazarında da mənfi dinamika müşahidə olunub. Spot platinin qiyməti 30,90 dollar və ya 1,82% azalaraq 1 667,63 dollara düşüb.

Analitiklər qiymətli metallarda satış təzyiqini Yaxın Şərqdə gərginliyin daha da genişlənməyəcəyinə dair gözləntilərin güclənməsi, investorların mənfəət realizasiyası və risk iştahının qismən bərpası ilə əlaqələndirirlər. Bu amillər təhlükəsiz sığınacaq aktivlərinə tələbi zəiflədib.

Tarix
2026.06.20 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla